İnsаn Resurslаrı «Bаnk of Bаku»nun əsаs аktivləridir!
İnsan Resursları siyasəti, Bankın strateji məqsədlərinə çatması üçün bankın dəyərlərini qəbul edən peşəkar bir komanda yaradaraq, qarşılıqlı maraqlar balansını düzgün seçməklə bu məqsədlərin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bankın insan resursları “ən dəyərli aktiv” olduğu üçün onlara qayğı əsas məqsədlərdən biri kimi vurğulanır və insan resurslarının idarə edilməsinin təkmil sistemi qurulur. Bu sistem ədalətlilik prinsipi əsasında qurularaq, tərəflərin maraqları gözlənilməklə insan resurslarını Bankın strateji məqsədlərinə çatmağa səfərbər etməyə stimullaşdırır.
Bankın imici ilk növbədə personaldan, o cümlədən menecmentdən, onun peşəkarlığı və işə münasibətindən asılıdır. Buna görə də əməkdaşların professional və şəxsi keyfiyyətlərinə, onların inkişafına, həmçinin korporativ mədəniyyət normalarına riayət edilməsinə xüsusi diqqət yetirilir.