|
|
|
|
|
Debet kartlar
|
Lokal kartlar
|
Kredit kartlar
|
Biznes üçün
|
Virtual kartlar
|
Təhlükəsizlik tələbləri
|
Nağd pul kreditləri
|
Kredit kartlar
|
İpoteka Kreditləri
|
Biznes kreditləri
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq
Azərbaycan Dövlət İqtisad Universitetində “Bank of Baku”-nun tədris laboratoriyasının rəsmi açılış mərasimi keçirilib. “Bank işi” laboratoriyası “Bank of Baku”-nun dəstəyi ilə istifadəyə verilib.Bank və universitet rəhbərliyinin qatıldığı tədbirdə tələbə və müəllimlər də iştirak edib.
“Bank of Baku”-nun İdarə Heyətinin Sədri Fərid Hüseynov və ADİU-nun rektoru, professor Ədalət Muradov “Sabah” qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar.
Öz çıxışında Ədalət Muradov qeyd etdi ki, ali məktəbdə laboratoriya yaratmaq təşəbbüsü “Bank of Baku”-dan gəlib və bu, çox təqdirəlayiq bir haldır. Universitet rektoru laboratoriya açılışının ikitərəfli əməkdaşlıqda bir başlanğıc olduğunu vurğuladı. Öz növbəsində “Bank of Baku”-nun İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirdi ki, istifadəyə verilən laboratoriya tələbələr üçün nəzərdə tutulub və bu, bankın sosial yönlü siyasətinin bir təzahürüdür.
Daha sonra müəllim-tələbə heyəti üçün “Bank of Baku”-nun fəaliyyəti barədə təqdimat keçirildi.Təqdimat çərçivəsində bankın idarə heyətinin sədr müavini Zaur Qaraisayev “Bank of Baku”-nun təqaüd proqramı, müraciət şərtləri və qaydaları haqda məlumat verdi. Bildirildi ki, təqaüd proqramına universitetə 450-dən çox balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan 3 və 4-cü kursların tələbələri sənədlərini təqdim edə bilər. Təqaüd alan beş tələbə eyni zamanda bankda təcrübə keçmək imkanı əldə edəcək.
Təqdimatdan sonra Universitetdə Karyera Günü tədbiri keçirilmişdir. Tələbələrə bankda olan cari vakansiyalar barədə ətraflı məlumat verilmişdir.
Xatırladaq ki,“Bank of Baku” ilə Azərbaycan Dövlət İqtisad Universiteti ötən il əməkdaşlıq sazişi imzalamışlar. İkitərəfli saziş bankla təhsil oçağı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Azərbaycan Diplomatik Akademiyası ilə əməkdaşlıq
03 Aprel 2013-cü il tarixdə Bank of Baku ilə Azərbaycan Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. Razılaşmaya əsasən ADA-da yüksək akademik göstəricilər nümayiş etdirən tələbələr Bank of Baku tərəfindən təsis edilən təqaüddən yararlana biləcək, ADA İxtisasartırma Proqramları isə bankın əməkdaşları üçün xüsusi təlim kursları təşkil edəcəkdir.
Qarşılıqlı əməkdaşlıq həmçinin ADA tələbələri və məzunlarının Bank of Baku-da işə və təcrübə toplama proqramlarına cəlb edilməsi, birgə elmi-praktik konfransların keçirilməsi və gələcəkdə bank və maliyyə sahəsinə aid yeni ixtisasların açılmasını nəzərdə tutur.
Qafqaz Universiteti ilə əməkdaşlıq
Bank of Baku ilə Qafqaz Universiteti arasında imzalanmış Anlaşma Memorandumuna əsəsən Universitetin 11 nəfər tələbəsinə Bank of Baku təqaüdü verilir. Təqaüd proqramına daxil edilmiş tələbələr bankın müxtəlif sahələrdində ildə 2 dəfə təcrübə keçmək, bankın əməkdaşları ilə birlikdə müxtəlif təlimlər, korporativ tədbirlərdə iştirak etmək imkanı əldə edirlər. Proqram müddətinə təcrübə zamanı öz bilik və bacarıqlarını yetərincə nümayiş etdirəcək gənclər universiteti bitirdikdən sonra Bank of Bakuda işlə təmin olunacaqlar.
Bank of Baku - Qafqaz universiteti əməkdaşlığının digər bir nəticəsi universitetdə “Bank of Baku maliyyə və mühasibat uçotu laboratoriyası”nın yaradılması olmuşdur. Laboratoriya universitetin maliyyə sahəsində təhsil alan tələbələrinə müasir texnologiyalardan istifadə edərək beynəlxalq maliyyə və mühasibatlıq proqramlarına yiyələnmək imkanı yaradır. Laboratoriya ACCA, CIMA, CFA və digər proqramlar üzrə çap və elektron resurslarla təchiz edilibdir. Burada müvafiq proqramlar üzrə seminarlar da keçiriləcəkdir. Laboratoriya rəsmi olaraq 2013-cü ilin İyun ayında tələbələrin istifadəsinə verilmişdir.