SMS Bankçılıq xidməti vasitəsilə “Bank of Baku” ASC-nin kart sahibləri kart hesablarına nəzarət edə və bu hesablar üzrə müxtəlif əməliyyatlar apara bilər.
Xidmətin üstünlükləri:
- kart hesabı üzrə aparılan əməliyyatlar haqqınd akart sahibinin SMS məlumatlandırılması;
 - kart hesabının cari balansı haqqında məlumatın alınmasI;
 - kartın bloklaşdırılması;
 - kartın blokdan açılması;
 - kart hesabından son 10 əməliyyat üzrə çıxarışın alınması.
 
SMS Bankçılıq xidməti həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərir.
Xidmət haqqı və qoşulma üsulu:
| Ödəniş kartının növü | SMS-bankçılıq üzrə xidmət haqları | 
|---|
| Debet | Visa Infinite | Pulsuz | 
| (Yalnız müştərinin müraciəti əsasında (ərizə, elektron və s.)) | 
| Əmək haqqı layihəsi üzrə kartlar | Pulsuz: avtomatik qoşulur | 
| MC Gold / Visa Gold | Pulsuz | 
| (Yalnız müştərinin müraciəti əsasında (ərizə, elektron və s.)) | 
| MC Standard / Visa Classic | 5 AZN | 
| Maestro / Visa Electron | 
| Bolkart Debet | Bolkart Diamond | Pulsuz | 
| (Yalnız müştərinin müraciəti əsasında (ərizə, elektron və s.)) | 
| Bolkart  Gold | 5 AZN | 
| Bolkart Ailə | 
| Bolkart Gənc | 
| Əmanət klubu | Pulsuz | 
| (Yalnız müştərinin müraciəti əsasında (ərizə, elektron və s.)) | 
| Əmanətə bağlı kartlar | Visa Deposit Card | 5 AZN | 
| VISA Gold | Pulsuz | 
| (Yalnız müştərinin müraciəti əsasında (ərizə, elektron və s.)) | 
| Kompensasiya kartları | Pulsuz: avtomatik qoşulur | 
| MC Business | 5 AZN | 
| MC Business Customs | 
| Maestro Salary kartları | 
| İşkart | 
| Kredit | Bolkart kredit | Bolkart Diamond | Pulsuz: avtomatik qoşulur | 
| Bolkart  Gold | 
| Bolkart Ailə | 
| Bolkart Gənc | 
| Bolkart Business | 
| Bonus Kart | MC Unembossed | 5 AZN | 
| MC Virtual kartı | 5 AZN | 
| Dostlar Klubu kredit kartları | 
| Virtual kart | Əvvəlcədən ödənilmiş virtual kart | 5 AZN | 
Müxtəlif əməliyyatların icrası üçün SMS mətni aşağıdakı qaydada tərtib olunur və 8145 nömrəsinə göndərilir:
- başlanğıc mətni: BALANCE (cari balans barədə məlumat almaq üçün), BLOCK (ödəniş kartının bloklaşdırılması üçün), UNBLOCK (ödəniş kartının blokdan açılması üçün) və STATE (kart hesabından son 10 əməliyyat üzrə çıxarış almaq üçün);
 - boşluq;
 - əməliyyat aparılacaq kartın üzərindəki ilk 4 rəqəmi;
 - % işarəsi;
 - əməliyyat aparılacaq kartın üzərindəki son 4 rəqəmi.
 
Misal üçün: Müştəri “Balance 6473%7430” yazaraq 8145 nömrəsinə göndərir. Bu əməliyyatı edən 6473 xxxx xxxx 7430 kart sahibi kart hesabının cari balansı barədə məlumat almaq istəyir.
“BLOCK 5473%4646” yazıb 8145 nömrəsinə göndərən kart sahibi isə ödəniş kartının bloklaşdırılması əməliyyatını həyata keçirir.