"Bank of Baku" ASC müasir dövrün tələblərinə uyğun olaraq öz satış strategiyasını online ticarət üzərində quran müəssisələr üçün unikal bir xidmət təklif edir. Belə ki, bu xidmət vasitəsi ilə müştəri rahat şəkildə internet saytınıza daxil olur, almaq istədiyi məhsulu seçir və ödənişini çox rahat, qısa və təhlükəsiz şəraitdə online olaraq edir. Elektron kommersiya xidməti vasitəsilə dünyanın istənilən ölkəsindən məhsul sifariş vermək və onun online ödənişini həyata keçirmək mümkündür.