Bu məhsul Bank of Baku ASC və Paşa həyat sığorta ASC ilə ortaq əməkdaşlıq layihəsidir. Belə ki, bu xidmətin üstünlüklərindən yararlanmaq üçün və daha çox məlumat əldə etmək üçün aşağıda göstərilən tariflərlə tanış ola bilərsiniz.
Qeyd edək ki, əmək haqqıdan Yığım hesabına ödənilən məbləğ (sığorta haqqı) Gəlir Vergisindən və Dövlət Sosial Müdafiə Fonduna ödənilən vergidən azaddır.
Əmək haqqı (Ə/H) | 2500-ə qədər | 2500-dən çox | ||
---|---|---|---|---|
Minimum müddət | Yığım sığortasına ödənilən məbləğ azaddır: | |||
Gəlir Vergisindən | DSMF-dan | Gəlir Vergisindən | DSMF-dan | |
36 ay | 14 | 3% və 22% | 25% və ya 14% | 3% və 22% |
Ödənilən sığorta haqqı “PAŞA Həyat Sığorta” ASC tərəfindən “Bank of Baku” ASC-ya investisiya olunur. Bank tərəfindən müştərilər üçün təklif olunan gəlir norması:
Valyuta | AZN | USD |
---|---|---|
Faiz dərəcəsi | İllik 7,25% | İllik 0,5% |
Əməkdaşın qazancı: | Təşkilatın qazancı: |
---|---|
Ə/H 2500-ə qədər olan əməkdaşlar yığım sığortasına ödənilən məbləğdən əlavə 50%-ə qədər qazanc əldə edir | Əməkdaşların motivasiyası və işə bağlılığın əldə olunması |
Ə/H 2500-dən çox olan əməkdaşlar yığım sığortasına ödənilən məbləğdən əlavə 72%-ə qədər qazanc əldə edir | Təşkilatın əlavə xərcləri olmadan əməkdaşlar müddətin sonunda gəlir əldə edir |
Əməkdaş əldə edəcəyi məbləğ qədər Həyat sığortası təminatı əldə edir. |