|
|
|
|
|
Debet kartlar
|
Lokal kartlar
|
Kredit kartlar
|
Biznes üçün
|
Virtual kartlar
|
Təhlükəsizlik tələbləri
|
Nağd pul kreditləri
|
Kredit kartlar
|
İpoteka Kreditləri
|
Biznes kreditləri
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Ödəniş kartı ilə hansı əməliyyatları aparmaq olar?
Ödəniş kartı ilə aşağıdakı əməliyyatları həyata keçirmək mümkündür:
Bir sıra hallarda ödəniş kartının növündən asılı olaraq yuxarıda sadalanan əməliyyatların aparılması üzrə məhdudiyyətlər müəyyən edilə bilər. Nümunə olaraq Virtual kartlarla ancaq internet üzərindən elektron ödənişlərin həyata keçirilməsi mümkündür.
Ödəniş kartının vaxtı bitdikdə yeni kart necə sifariş edilməlidir?
Yeni ödəniş kartı bankın internet səhifəsi, bankın “DostBank” mobil bankçılıq həlli, 145 Məlumat mərkəzinə zəng etməklə və ya banka filialına fiziki olaraq yaxınlaşmaqla sifariş verilə bilər.
Kart hesabının valyutasından fərqli valyutada əməliyyat aparıldıqda artıq xidmət haqqı necə hesablanır?
Ödəniş kartı ilə kart hesabından fərqli valyutada (milli valyutada olan kart hesabına bağlı ödəniş kartı ilə ABŞ dollarında) əməliyyat aparıldıqda mübadilə məzənnəsi əməliyyat üzrə pul vəsaitinin bank hesabından silindiyi günə hesablanır.
Belə ki, əməliyyatın müəyyən tarixdə aparılmasına baxmayaraq, beynəlxalq kart təşkilatlarının qaydalarına uyğun olaraq bir neçə gün sonra pul vəsaitinin silinməsi haqqında banka ödəniş sərəncamı daxil olur. Bank tərəfindən bu günün mübadilə məzənnəsi əsas görülürərək kart hesabından pul vəsaiti silinir. Bu halda mübadilə məzənnəsinin dəyişməsinə görə kart sahibi əlavə xidmət haqqına məruz qala bilər.
Bu halla rastlaşmamaq üçün əməliyyatın valyutasını birbaşa dəstəkləyən ödəniş kartlarından istifadə edilməlidir.
PİN-kodun dəyişdirilməsini və ya blokdan çıxarılmasını necə həyata keçirə bilər?
Təmassız ödənişlər necə aparılır?
Təmassız ödənişlər bir qayda olaraq belə əməliyyatları dəstəkləyən bankomat, POS-terminal və ya digər ödəniş terminalları vasitəsilə həyata keçirilir. Bank tərəfindən emissiya edilmiş ödəniş kartları ilə 50 (əlli) manat məbləğinədək aparılan təmassız ödənişlərdə PİN-kodun daxil eidlməsi tələb edilmir. Bu məbləğ və ondan yuxarı həcmdə aparılan əməliyyatlar üzrə PİN-kod daxil edilməlidir.
Ödəniş kartları ilə aparılan əməliyyatlarda hansı vergilər tətbiq eidlir?
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş dəyişikliklər əsasında bu məcəllənin 101.5-ci maddəsinə əsasən “İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan)iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən(Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.”
Vergi Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Vergi tətbiq edilən digər ödəniş kartı əməliyyatı elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən isə: “ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.”
Ödəniş kartı itirildikdə, oğurlandıqda və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edildikdə nə edilməlidir?
Bu hal müəyyən edildiyi an dərhal Bank (iş günləri ərzində 09:00-20:00 saatlarında “145 Məlumat Mərkəzi”, digər saatlarda və qeyri-iş günlərində isə “*8893 telefon nömrəsi) məlumatlandırılmalı və ödəniş kartı bloklaşdırılmalıdır.
3D Secure xidməti nə üçündür?
Ödəniş kartı ilə internet üzərindən aparılan əməliyyatlarda təhlükəsizliyin təmin olunması üçün beynəlxalq kart təşkilatları tərəfindən kart istifadəçisinin eyniləşdirilməsi məqsədilə tətbiq edilən texnologiyadır. Bu xidmət ödəniş kartı müştəriyə təqdim edilərkən avtomatik rejimdə aktivləşdirilir.
Virtual ödəniş kartı nədir?
Virtual ödəniş kartı Bank tərəfindən müştərilərin inernet üəzrindən aparılan əməliyyatlarında təhlükəsizlik səviyyəsinin yüksəldilməsi məqsədilə emissiya edilən əvvəlcədən ödənilmiş kartıdır. Müştəri virtual ödəniş kartını Bankın özünəxidmət terminalı şəbəkəsi üzərindən əldə edə bilər. Qeyd olunmalıdır ki, kart fiziki olaraq çap olunmur, yalnız kart məlumatlarının bir hissəsi qəbzdə, digər hissəsi isə SMS vasitəsi ilə göndərilir.
Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə mübahisəli halların araşdırılması necə həyata keçirilir?
Kart istifadəçisi ödəniş kartı ilə aparılan əməliyyatının onun tərəfindən həyata keçirilmədiyini bildirdikdə Bank filialına yaxınlaşaraq ərizə ilə müraciət etməli və bank tərəfindən ödəniş əməliyyatının aparılması ilə bağlı bütün zəruri məlumatları təqdim etməlidir. Kart istifadəçisinin yazılı müraciəti əsasında Bank tərəfindən əməliyyatın xarakterindən asılı olaraq “chargeback” proseduruna başlanılır.
Ödəniş kartı ilə aparılan əməliyyatlar üzrə məlumat necə əldə eidlməlidir?
Ödəniş kartı ilə aparılan məlumatları əldə etmək üçün SMS məlumatlandırma xidməti aktivləşdirilməlidir. Eyni zamanda bankın internet və mobil bankçılıq xidmətləri üzərindən bu məlumatlar əldə edilə bilər. Kart hesabı üzrə çıxarışı bank filialına yaxınlaşaraq əldə etmək mümkündür.