Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Virtual kart

Virtual kart internet üzərindən ödəniş əməliyyatlarının aparılması üçün “Bank of Baku” ASC tərəfindən emissiya edilən əvvəlcədən ödənilmiş kartdır.

Eyniləşdirilə bilməyən* “Virtual kart”


Virtual kartın əldə edilməsi:

Virtual kart “Bank of Baku” ASC-nin özünəxidmət terminalları üzərindən aşağıdakı qaydada əldə edilir:

  • özünəxidmət terminalında “Virtual ödəniş kartı” bölməsi seçilir;
  • açılan yeni pəncərədə “Yeni kart sifariş et” bölməsi seçildikdən sonra mobil telefon nömrəsin daxil edərək “İrəli” düyməsi seçilir;
  • növbəti pəncərədə müştərinin mobil telefon nömrəsi və virtual ödəniş kartının əldə edilməsi üçün ödəniləcək xidmət haqqı məbləği əks olunur. Müştəri mobil telefon nömrəsini yoxladıqdan və tətbiq olunan xidmət haqqı ilə tanış olduqdan sonra ekranda “Bəli” düyməsin seçib nağd pul vəsaitini mədaxil edir;
  • nağd pul vəsaitinin mədaxil edilməsi başa çatdıqdan sonra “Ödəniş et” düyməsi seçilir;
  • əməliyyatın nəticəsi olaraq özünəxidmət terminalında qəbz çap olunur. Qəbzdə müştərinin əldə etdiyi virtual ödəniş kartının nömrəsi əks olunur;
  • müştərinin mobil telefon nömrəsinə SMS məlumatlandırma əsasında kartın maskalanmış nömrəsi, qüvvədə olma tarixi və CVV-ni, habelə əməliyyatın identifikasiya nömrəsi göndərilir;
  • əməliyyatın identifikasiya nömrəsi kartın emissiyası tam başa çatmadıqda əməliyyata davam etmək və mübahisəli halların araşdırılması üçün istifadə edilir. Müştəri “Yen kartı sifarişi et” bölməsi əvəzinə “Cari əməliyyatı davam et” bölməsi seçərək əməliyyatın identifikasiya nömrəsi daxil edilir. Kartın əldə edilməsi üzrə əvvəldə qeyd edilmiş addımlar həyata keçirilir.

Əvvəlcədən ödənilmiş virtual kart:

  • Müddət: 3 ay
  • Komissiya: 3 AZN
  • Maksimal məbləg: 500 AZN (komissiya xaric)

Əvvəlcədən ödənilmiş kartla əməliyyatlar

Virtual kartın sahibi internetdə alış-veriş edərkən qəbzdə əks olunmuş 16 rəqəmli kodu, SMS məlumatlandırma ilə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın qüvvədə olma tarixini daxil edir.

*“Bank of Baku” ASC-də müştəri kodu olmayan şəxslər üçün.

Eyniləşdirilə bilən** “Virtual kart”

Kartdan istifadə tarifləri
Kartın növüMC Standard
Kartın müddəti36 ay
ValyutaAZN
Kartın sifarişi və xidmət haqqıİlk kart üzrə: Pulsuz
Hər növbəti kart üzrə: 2 AZN
Bir müştəriyə verilə biləcək maksimum kart sayı3 ədəd
Müraciət vasitəsiMobil tətbiq (“DostBank”)
Sığorta məbləğiNəzərdə tutulmayıb
Kart hesabına mədaxil olunacaq vəsaitin minimum miqdarı1 AZN
Kartın statusunun dəyişdirilməsiKomissiya nəzərdə tutulmayıb
Kart hesabına 1 (bir) il ərzində mədaxil olunacaq vəsait(lər)in maksimum miqdarı və həmin vəsaitdən illik istifadə limiti:15 000 AZN
“Chargeback” üzrə araşdırmanın aparılması10 AZN
KonvertasiyaKartın valyutasından fərqli valyutada əməliyyatlar aparılarkən (bankomat (ATM) vasitəsilə, “card to card” (kartdan karta) xidmətindən istifadə etməklə, onlayn, “retail” və s.), kart hesabında olan və ya kart hesabına mədaxil edilən vəsait(lər)in digər valyutaya konvertasiyası, müvafiq olaraq, kartın hansı ödəniş sistemi tərəfindən dəstəklənməsindən asılı olaraq, “Visa” və ya “Mastercard” beynəlxalq ödəniş sisteminin müəyyən etdiyi məzənnə və Bankdaxili nağdsız alış və satış məzənnələrinə uyğun konvertasiya edilir
Əyləncə mərkəzləri və kazinolarda, o cümlədən virtual oyunlar zamanı aparılan əməliyyatlar***1.5% (min. 2 AZN/USD/EUR)
“SMS Bankçılıq” və “SMS məlumatlandırma” sisteminə qoşulma və dəstəklənmə5 AZN
“İnternet Bankçılıq” sisteminə qoşulma və dəstəklənməKomissiya nəzərdə tutulmayıb
“Card to Card” sistemi üzrə köçürmələr0.2% (min. 0.25 AZN/USD/EUR)
 *** Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında 27 dekabr 2021-ci il tarixli Qanuna əsasən qumar oyunları ilə bağlı əməliyyatlar bloklaşdırılmışdır.


** “Bank of Baku” ASC-də cari hesabı olan şəxslər üçün.


Təhlükəsizlik tələbləri

  • virtual kart kart istifadəçilərinin internet üzərindən aparılan əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə emissiya edilir;
  • virtual kart ilə nağdsız formada öz kart hesabından vəsaitin başqa kart hesabına köçürülməsi və pul köçürmə əməliyyatları həyata keçirilmir;
  • virtual kartın əldə edilməsi, özünəxidmət terminalında əməliyyatların aparılması, habelə virtual kart ilə internet üzərindən əməliyyatların aparılması zamanı yaranan suallarla əlaqədar (iş günləri ərzində 09:00-20:00 saatlarında “145 Məlumat Mərkəzi”, digər saatlarda və qeyri-iş günlərində isə “*8893 telefon nömrəsi) ilə əlaqə saxlanılmalıdır.