Müddət
3 aydan 24 ayadək
- 3 aydan 12 aya qədər – 1 ay
- 12 aydan 24 aya qədər - 3 ay
Faizlərin ödənilməsi
Aylıq, müddətin sonunda
Əmanətin ilkin məbləği
min – 30 000 AZN/USD/EUR
maks – yoxdur
Faiz dərəcəsi
Fərdi qaydada təyin edilir
Əmanətin vaxtından əvvəl çıxarılması
Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, faizlər aşağıda göstərilən düstura əsasən hesablanır: Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır:
F = S * (R * (N -1) / 360) * (N - 1) / T
Burada işarələr aşağıdakıları bildirir:
S - əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa);
R - Müqavilənin faiz dərəcəsi;
N - Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı;
T - əmanət müddəti günlərlə.
Əmanətin azaldılması:
- Azaldılan məbləğin minimumu - 5 000 AZN/USD/EUR.
- Azaldılan hissə üzrə faizlər müvafiq düstur əsasında yenidən hesablanır.
- Əmanət 10 000 AZN/USD/EUR qalanadək azaldıla bilər
Əmanətin artırılması:
- Əmanətin müddətin yarısından sonra artırılmasına icazə verilmir.
- Əlavələrə əmanətin artırıldığı dövrdə xidmət tarifləri və şərtlərində eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlər, digər bütün hallarda isə fərdi qaydada müəyyən edilmiş şərtlər tədbiq edilir.
- Artırılan məbləğin minimumu - 5 000 AZN/USD/EUR
Avtomatik prolonqasiya:
Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır.