Hörmətli əmanətçilər!
Bildiririk ki, Siz əmanətinizə bağlı nağd kredit və ya kredit xətti əldə edə bilərsiniz. Kredit xəttinin minimal məbləği 1000 AZN/USD, nağd ayrılmış kreditin minimal məbləği 500 AZN/USD-dir, kredit xəttinin və ya nağd ayrılmış kreditin maksimal məbləğləri isə 100000 AZN/USD-yə bərabərdir. Nağd kredit / kredit xəttinin valyutası əmanətin valyutası ilə eynidir. Əmanətə bağlı ayrılan nağd kredit və ya kredit xəttinin məbləği AZN valyutasında yerləşdirilən əmanətlər üzrə əmanət qalığının maksimum 70%-i, USD valyutasında yerləşdirilən əmanətlər üzrə isə əmanət qalığının maksimum 80%-i qədər ola bilər. Nağd kredit və ya kredit xətti üzrə illik faiz dərəcəsi AZN valyutasında yerləşdirilən əmanətlər üzrə əmanətin faiz dərərəcəsi +5%, USD valyutasında yerləşdirilən əmanətlər üzrə isə əmanətin faiz dərərəcəsi müştərinin USD valyutasında mövcud olan əmanətlərin qalıq məbləğlərindən və əmanətin cəlbetmə faiz dərəcəsindən aslı olaraq aşağıdakı cədvələ əsasən təyin edilir.
| USD valyutasında mövcud olan bütün əmanətlər üzrə qalıqların cəmi | Əmanət üzrə cəlbetmə faizi 10%-dən aşağı olduqda | Əmanət üzrə cəlbetmə faizi 10% və yuxarı olduqda |
|---|---|---|
| 5000-dək (5000 daxil deyil) olduqda | Cəlbetmə faizi+3,00% | Cəlbetmə faizi+3,00% |
| 5000-dən 14 999-dək olduqda | Cəlbetmə faizi+2,75% | Cəlbetmə faizi+2,50% |
| 15 000-dən 49 999-dək olduqda | Cəlbetmə faizi+2,50% | Cəlbetmə faizi+1,50% |
| 50 000 –dən 99 999-dək olduqda | Cəlbetmə faizi+2,25% | Cəlbetmə faizi+1,00% |
| 100 000 və daha yuxarı olduqda | Cəlbetmə faizi+2,00% | Cəlbetmə faizi+0,50% |
































