Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

UNEC tələbələri üçün Tələbə Təqaüd Proqramı

28 Sentyabr 2016


Bank of Baku böyük məmnuniyyət hissi ilə 2016/2017-ci tədris ili üzrə UNEC tələbələri üçün Tələbə Təqaüd Proqramını elan edir!

Bank of Baku, korporativ dəyərlərinə sadiq qalaraq ali təhsil müəssisələrinin və tələbələrin fəaliyyətinin dəstəklənməsini sosial fəaliyyət strategiyasının əsas tərkib hissəsinə daxil edir. Bankımız Azərbaycanda bir sıra sosial və təhsil layihələrinin həyata keçirilməsində birbaşa iştirak etmişdir. Bu təşəbbüslərdən biri olaraq Bank of Baku uzun illərdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin tələbələri hər il bankdan təqaüd alırlar və eyni zamanda, təcrübə keçərək praktiki bacarıqlar əldə edirlər.

Proqrama kimlər müraciət edə bilər:

  • İqtisadi istiqamətli ixtisaslar üzrə təhsil alan tələbələr
  • 4-cü kurs tələbələri
  • Akademik orta balı 70 və daha yüksək olan şəxslər

Proqramdan əldə edəcəkləriniz:

  • Təhsil müddətinin sonunadək aylıq 100 AZN təqaüd
  • Bankda təcrübə keçmək imkanı
  • Bankın tədbir, layihə və təlimlərində iştirak etmək imkanı
  • Gələcəkdə bankda karyera qurmaq imkanı

Müraciət qaydaları

Proqrama müraciət etmək üçün ərizə formasını (Universitetin və Bank of Baku-nun saytından əldə edə bilərsiniz) dolduraraq və transkripti (qiymətlər üzrə çıxarış) əlavə edərək 16 oktyabr 2016-cı il tarixindək hr@bankofbaku.com ünvanına göndərmək lazımdır. Məktubu göndərərkən mövzu/subject hissəsində Təqaüd UNEC yazmaq mütləqdir!