Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Azərbaycan müəllimləri “Bank of Baku”-ya böyük təşəkkürlərini bildirdilər!

23 Oktyabr 2014

Azərbaycanda 5 oktyabr tarixində qeyd edilən Müəllimlər Günü ilə əlaqədar “Bank of Baku” Azərbaycanın təhsil işçilərinin bir qrupu ilə görüş keçirib. Paytaxtın müxtəlif təhsil müəssisələrinin işçilərinin qatıldığı görüşün məqsədi müəllimləri peşə bayramları münasibətilə bilavasitə təbrik etmək və onları bankın məhsul və xidmətləri ilə ətraflı tanış etmək olub.

Tədbirdə çıxış edən “Bank of Baku” nümayəndələri təhsil işçilərini təbrik edərək onlara peşə uğurları arzu etdilər. Bildirildi ki, müəllimlər ”Bank of Baku”-nun əsas və etibarlı müştəri bazasını təşkil edir və bank müəllimlərə  uzun illər xidmət etməkdən qürur duyur.

Daha sonra “Bank of Baku”-nun təhsil işçiləri üçün nəzərdə tutulan xidmət və məhsulları barədə ətraflı məlumat verildi. Sual-cavab formasında davam edən təqdimat zamanı təhsil işçiləri bankın güzəştli kart və kredit məhsulları barədə çoxsaylı suallar verdilər. Bildirildi ki, “Bank of Baku” müəlimlər üçün vaxtaşırı müxtəlif endirim və güzəştlər kampaniyası keçirir.

Görüş çərçivəsində məhsulların şərtləri, tələb edilən sənədlər, imtiyaz və güzəştlərin meyyarları, faiz dərəcəsi və maraq doğuran digər məqamlara tam aydınlıq gəitirildi.Görüşdə bankın ən populyar məhsullarından olan Bolkart kredit kartına xüsusi diqqət ayrıldı. Müəllimlər bu kredit kartının hissə-hissə ödənişli olmasının onların xərclərinə effektiv və qənaətcil nəzarət etməyə imkan verdiyini vurğuladılar.Bolkartla böyük sayda mağazada alış-veriş etməyin mümkünlüyü, nağdlaşdırma fürsətləri, internetdə geniş istifadə və digər üstünlüklər vurğulandı.

Görüşdə bildirildi ki, təhsil müəssisələrində çalışan müştərilər nağd pul krediti rəsmiləşdirdikdə xüsusi güzəşt və endirimlər əldə edirlər. Endirimin əsas meyyarı birbaşa müəllimlərin ümumi təhsil sahəsindəki iş stajından asılıdır.

Sonda müəllimlər onlar üçün xüsusi güzəşt və imtiyazlar tətbiq etidiyinə görə “Bank of Baku”-ya səmimi təşəkkürlərini bildirdilər.

Təhsil işçiləri üçün kampaniyalar barədə “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla, habelə “TEHSİL” sözünü SMS-lə 8145 nömrəsinə göndərməklə ətraflı məlumat əldə etmək mümkündür.