Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

BANK OF BAKU - 25 İL SİZƏ YAXIN İNNOVATİV BANK!

14 Fevral 2019

XX əsrin sonlarında təməli qoyulan və XXI əsrdə də fəaliyyətini inamla, əzmlə və uğurla davam etdirən Bank of Baku bu gün – yəni, 14 fevral tarixində 25 yaşını qeyd edir.

1994-cü ildən bu günə kimi fəaliyyətində Sizə Yaxın Bankçılıq şüarını əsas tutaraq, müştərilərinin məmnunluğu üçün daim çalışan, müasir dövrün bankçılıq tələblərini diqqət mərkəzində saxlayıb 25 il ilmə-ilmə toxuduğu uğur xalçası ilə onların qəlbini fəth edən Bank, öz fəaliyyəti dövründə ən əsas missiyaya – müştəri sevgisini qazanmağa sadiq qaldı.

25 il ərzində, dövrünün ən vacib yeniliklərinə imza ataraq, sektorda “İlklərin Bankı” olaraq tanındı, təqdim etdiyi inqilabi rəqəmsal maliyyə xidmətləri ilə “İnnovativ Bank” olaraq yoluna davam etdi. Gördüyü işlər, gətirdiyi yeniliklərlə bank sektorunda dalğa effekti yaradan Bank of Baku, ölkə iqtisadiyyatının inkişafına töhfə verdi, maliyyə savadlılığının yüksəldilməsi yönündə ciddi addımlar atdı. Bank, ölkəyə ilk taksit kartı – Bolkartı qazandıraraq nağdsız alış-verişlərə təkan verdi, ilk loyallıq klubu olan – Dostlar Klubu ilə müştərilərinə sadiqliyini nümayiş etdirdi. Bu gün bank müştəri xidmətləri sahəsinin ən önəmli hissəsinə çevrilən ödəniş terminalları və Q-matik sistemi kimi vacib xidmət vasitələrini də ilk dəfə bank sektoru ilə məhz Bank of Baku tanış etdi.

Bütün yenilik və ilklərinin təməlində müştəri məmnuniyyəti əsas tutan Bank of Baku 25 ildə məhz onlar üçün yaratdı, yaratdığını daha da inkişaf etdirdi və qorudu. Sevgi günündə yaranan Bank olaraq, göstərdiyi xidmət və münasibətində sevgi və hörməti əskik etmədi.

Ölkənin innovativ bankı - Bank of Baku 18 filialı ilə 1 milyondan çox müştəriyə xidmət göstərir.

Qeyd edək ki, bank 25 yaşına özəl olaraq HƏDİYYƏLİ YUBİLEY kampaniyasına start verib. Kampaniya haqqında ətraflı məlumatla buradan (https://goo.gl/AfhPRN) tanış ola bilərsiniz.