Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku” bir milyonuncu kredit müştərisini Aralıq dənizi istirahətinə yollayır!

9 Aprel 2013

 

Azərbaycanın aparıcı banklarından olan "Bank of Baku" özünün bir milyonuncu kreditini rəsmiləşdirib. Sayca 1 milyonuncu krediti "Azərenerji" Açıq Səhmdar Cəmiyyətində çalışan Bakı şəhər sakini Rəşidə Fərəcova alıb. Rəşidə Fərəcova uzun müddətdir ki, "Bank of Baku"-nun nümunəvi müştərisidir. 

"Bank of Baku" özünün "Milyonuncu ol, Aralıq dənizində milyonçu kimi dincəl" aksiyası çərçivəsində sayca 1 milyonuncu krediti almış Rəşidə Fərəcovaya Aralıq dənizinə kruiz səfəri mükafatını təqdim edib. Haqqı bütünlüklə bank tərəfindən ödəniləcək səyahət zamanı qalib müştəri 10 gün ərzində İtaliya, İspaniya, Fransa, Yunanıstan və digər hövzə ölkələrinin füsünkar gözəllikləri ilə tanış olacaq. Dəniz səyahəti "Carnival Sunshine" kruiz laynerində baş tutacaq. Səyahət paketinə qida, gəmidə əyləncə proqramı, dənizə açılan pəncərəli kayutada rahat yaşayış və digər üstünlüklər daxildir. 

"Bank of Baku" qalibə kruizə yaxın bir insanı ilə yollanmaq imkanı verib və artıq Rəşidə Fərəcova dəniz səyahətinə qızı ilə yollanacağını bildirib. Mükafatın təqdim edilmə mərasimində öz təəssüratları ilə bölüşən Rəşidə xanım onu və qızını Aralıq dənizinə istirahətə yollayan "Bank of Baku"-ya minnətdarlığını ifadə edib. "Bu, yay istirahətini keçirmək üçün "Bank of Baku"-dan möhtəşəm bir hədiyyədir. Hər bank öz hesabına müştərisini bahalı istirahətə göndərməz. Xəyalı gerçək edən "Bank of Baku"-ya böyük təşəkkürlər!".

Aksiya çərçivəsində kredit sayı 2006-cı ildən hesablanıb. Bir müştəriyə eyni gündə bir neçə paralel kredit verilibsə, kredit sayı 1 kredit kimi nəzərə alınıb. Yaxın zamanlarda "Bank of Baku" müştəriləri üçün yeni mükafatlandırma aksiyaları keçirməyi nəzərdə tutur. 

"Bank of Baku"-nun məhsul və xidmətləri ilə ətraflı şəkildə tanış olmaq üçün bankın Məlumat Mərkəzinin 145 nömrəsinə zəng etmək, həmçinin www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsini ziyarət etmək olar.