Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
  • AZ
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku “Bolkartla Qazan” lotereyasının qaliblərini müəyyən edəcək!

22 Noyabr 2016

Bank of Baku, Bolkartın 5 yaşı münasibətilə start verdiyi “Bolkartla Qazan” stimullaşdırıcı tirajlı lotereyanın qaliblərini 30 noyabr 2016-ci il tarixində keçiriləcək oyun nəticəsində bəlli edəcək.

600 hədiyyədən ibarət olan lotereyanın uduş fondu 28 Mall alış-veriş mərkəzində quraşdıralacaq Bolkart stendində 5 nəfərdən ibarət juri heyətinin iştirakı ilə oynanılacaq. Saat 20:00-da başlanılacaq oyun 3 mərhələdə keçiriləcək. Müştərilərə oyunun bütün gedişatını Bankın rəsmi faceook səhifəsindən canlı yayım vasitəsilə izləmək imkanı yaradılacaq.

Lotereyanın şərtlərinə əsasən, 19 oktyabr – 27 noyabr 2016-cı il tarixləri arasında alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olan hər bir Bolkartlı lotereyada iştirak hüququ qazanır. Yəni, ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır. Lotereyada bütün növ Bolkart kredit və Bolkart debet kart sahibləri iştirak edə bilər.

Lotereya biletlərini əvəz edən məlumat daşıyıcısı qismində tirajda iştirak hüququ əldə etmiş hər bir kart üzrə 16 rəqəmli kart nömrəsi əsasında təyin olunan eyniləşdirmə kodu iştirak edəcək.

Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir. Səyahət paketini qazanacaq müştəriyə 500 AZN dəyərində pul mükafatı da təqdim olunacaq. Digər hədiyyələr isə 8300 AZN həcmində nağd pul vəsaitindən və 9500 AZN dəyərində Bolkart Ballarından ibarətdir.

Uduş fondunun qalibləri aşağıdakı 3 mərhələdə, kompüterdə bank tərəfindən yaradılmış xüsusi proqram təminatı vasitəsilə keçiriləcək təsadufi seçim əsasında müəyyən olunacaq:

Birinci tur üzrə uduş fondu:

Birinci tur üzrə uduş fondu 4 (dörd) mərhələdə daha yuxarı uduş məbləğindən aşağı məbləğə doğru oynalınacaq.

  • Birinci mərhələ üzrə 50 (əlli) ədəd 50 (əlli) manat ekvivalentində Bolkart Balları (yeni Bolkartı olmadıqda, Ailə/Gənc Bolkart debet pulsuz rəsmiləşməklə verilir).
  • İkinci mərhələ üzrə 50 (əlli) ədəd 30 (otuz) manat ekvivalentində Bolkart Balları (yeni Bolkartı olmadıqda, Ailə/Gənc Bolkart debet pulsuz rəsmiləşməklə verilir);
  • Üçüncü mərhələ üzrə 150 (yüz əlli) ədəd 20 (iyirmi) manat ekvivalentində Bolkart Balları (yeni Bolkartı olmadıqda, Ailə/Gənc Bolkart debet pulsuz rəsmiləşməklə verilir);
  • Dördüncü mərhələ üzrə 250 (iki yüz əlli) ədəd 10 (on) manat ekvivalentində Bolkart Balları (yeni Bolkartı olmadıqda, Ailə/Gənc Bolkart debet pulsuz rəsmiləşməklə verilir).

Birinci mərhələdə bütün kodlar müvafiq şans sayları ilə oynalınır. Hər mərhələdə qalib gələn kodlar növbəti mərhələdə iştirak etməyəcək. Uduş fondu oynalınan zaman qaliblər ümumi siyahıdan kompüterlə elektron bazadan Bank tərəfindən yaradılmış xüsusi prqoram təminatı vasitəsilə təsadüfi seçim əsasında kütləvi formada müəyyən ediləcək. Yəni proqram təminatında “Start” əmri verildikdən sonra kodlar monitorda dövr edəcək və “Stop” əmri verildikdən sonra ekranda öz əksini tapmış kodların sahibləri qalib elan ediləcək. Bir kod yalnız bir dəfə elan edilə bilər.

İkinci tur üzrə uduş fondu:

İkinci tur üzrə uduş fondu 3 (üç) mərhələdə daha yuxarı uduş məbləğindən aşağı məbləğə doğru oynalınacaq.

  • Birinci mərhələ üzrə 9 (doqquz) ədəd 200 (iki yüz) manat nağd pul (Gold Bolkart debet kartı pulsuz rəsmiləşməklə kart vasitəsi ilə verilir).
  • İkinci mərhələ üzrə 30 (otuz) ədəd 100 (yüz) manat nağd pul (Gold Bolkart debet kartı pulsuz rəsmiləşməklə kart vasitəsi ilə verilir);
  • Üçüncü mərhələ üzrə 60 (altmış) ədəd 50 (əlli) manat nağd pul (Gold Bolkart debet kartı pulsuz rəsmiləşməklə kart vasitəsi ilə verilir);

Birinci mərhələdə bütün kodlar müvafiq şans sayları ilə oynalınır. Hər mərhələdə qalib gələn kodlar növbəti mərhələdə iştirak etməyəcək. Uduş fondu oynalınan zaman qaliblər ümumi siyahıdan kompüterlə elektron bazadan Bank tərəfdən yaradılmış xüsusi prqoram təminatı vasitəsilə təsadüfi seçim əsasında birinci mərhələ istisna olmaqla digər iki mərhələ üzrə kütləvi formada müəyyən ediləcək. Yəni proqram təminatında “Start” əmri verildikdən sonra kodlar monitorda dövr edəcək və “Stop” əmri verildikdən sonra ekranda öz əksini tapmış kodların sahibləri qalib elan ediləcək. Bir kod yalnız bir dəfə elan edilə bilər.

Üçüncü tur üzrə uduş fondu:

Üçüncü tur üzrə uduş fondu 1 (bir) mərhələdə oynalınacaq.

  • 1 (bir) ədəd iki nəfərlik səyahət paketi və 500 (beş yüz) manat nağd pul (Bolkart Diamond debet kartı pulsuz rəsmiləşməklə kart vasitəsi ilə verilir).

Bu turda bütün kodlar müvafiq şans sayları ilə oynalınır. Uduş fondu oynalınan zaman qalib ümumi siyahıdan təsadüfi seçim əsasında müəyyən ediləcək.

Oyunun nəticələri haqqında məlumat lotereyanın keçirildiyi tarixdən 3 iş günü sonra ictimaiyyətə açıqlanacaq.