Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”-dan 10.000 AZN-dək Nağd Pul Krediti!

11 May 2017

Bank of Baku, nağd pul krediti əldə etmək istəyən müştəriləri üçün yeni və daha sərfəli şərtlərlə rəsmiləşdirmə imkanı yaradır. Belə ki, məbləği və ödəniş müddəti artırılan nağd pul kreditini indi müştərilər daha aşağı faizlə, 24 ay müddətinə əldə edə biləcəklər.

Şərtləri yüngülləşdirilmiş kredit məhsulunda Bankın tətbiq etdiyi əsas yeniliklər arasında aşağıdakıları xüsusilə qeyd etmək lazımdır:

  • Kreditin məbləği 10.000 AZN-dək artırıldı;
  • Təhsil və Tibb əməkdaşlarına özəl güzəştli şərtlər tətbiq olundu – əmək haqqı tələbi vergilər daxil 200 AZN-dək endirildi;
  • Maaş kartı digər banklarda olan müştərilərə kredit almaq imkanı yaradıldı - əmək haqqı kartınızın hansı bankdan olmasından asılı olmayaraq Bank of Baku-ya nağd pul krediti üçün müraciət edə bilərsiniz;
  • ZAMİNSİZ kreditləşmə imkanı yaradıldı – iri özəl müəssisələrdə çalışan və aylıq gəliri yüksək olan şəxslərə 10.000 AZN-dək kredit zaminsiz verilə bilər;
  • ÇEVİK rəsmiləşmə - təcili olaraq pula ehtiyacı olan şəxslər üçün bir çox hallarda kreditin 30 dəq. ərzində rəsmiləşdirilməsi mümkün olacaq;
  • Ödəniş müddəti 24 ayadək uzadıldı;
  • İllik faiz dərəcəsi aşağı salındı;
  • Rəsmiləşdirmə komissiyası isə sadəcə 1% təşkil edir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulan bu kredit məhsulunu Bankın həm köhnə müştəriləri, həm də ilk dəfə müraciət edəcək potensial yeni müştəriləri əldə edə bilər.

Yüksək məbləğli, uzun müddətli, aşağı faizli və çevik kreditləşmə istəyən şəxslər iş yerindən arayışı və/və ya rəsmi gəlirləri təsdiq edən sənədləri banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

Bank of Baku-nun təqdim etdiyi kredit məhsulları haqqında daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək tanış ola bilərsiniz.