Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-dan KOMİSSİYASIZ və min. 16%-lə TƏHSİL HAQQI krediti!

4 Sentyabr 2019

Təhsilə edilən dəstək, gələcəyə yatırılmış ən böyük sərmayədir. Fəaliyyəti dövrü ərzində bu fikri əsas tutaraq, təhsilin və elmin inkişafına hər zaman dəstək olan Bank of Baku, illik təhsil haqqlarının qarşılanması üçün yeni kredit məhsuluna – TƏHSİL HAQQI KREDİTİNƏ start verir.

Belə ki, Bank of Baku ödənişli əsaslarla təhsil alan şəxslərin valideynlərinə (qohumlarına) dəstək olaraq illik təhsil haqqını rahatlıqla qarşılamaları üçün 20.000 AZN-dək krediti illik 16%-dən başlayan faiz dərəcəsi və 0% KOMİSSİYA ilə təqdim edir.

Kredit məhsulundan ölkə ərazisində və ya xaricdə yerləşən ali, orta ixtisas, ümumtəhsil və ya məktəbəqədər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin (şagirdlərin) ailə üzvlərindən biri (valideyn, nənə və ya baba, bacı və ya qardaş) və ya gəlirlərini təsdiq edə bilən və ödənişli əsaslarla təhsil alan şəxslər faydalana bilər.

Təhsil Haqqı Krediti üçün müraciət etmiş şəxs 1-ci xətt qohumunun (və ya özünün) tələbə (şagird) olduğunu və ödənişli əsaslarla təhsil alması barədə lazımi sənədləri banka təqdim etməlidir. Müştəriləri eyni zamanda, aşağıdakı SƏRFƏLİ ŞƏRTLƏR də gözləyir:

  • Kredit məbləği – min. 300 – maks. 20.000 AZN;
  • 0% KOMİSSİYA;
  • İLLİK 16%-dən başlayan FAİZ DƏRƏCƏSİ;
  • Kredit müddəti – 3 - 48 ay;
  • NÖVBƏSİZ çevik rəsmiləşmə.

Qeyd edək ki, Təhsil Haqqı Kreditindən faydalanaraq illik təhsil haqqını ödəyən bütün tələbələrə Bank of Baku tərəfindən Bolkart Gənc debet kartı hədiyyə olunacaq. Bolkart Gənc debet kartı şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulmuşdur.

Bank of Baku-nun məhsul və ya xidmətləri haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.