Əmanətçilərinin istək və ehtiyacını nəzərə alaraq, Bank of Baku onlara yerləşdirdikləri vəsait üzrə daha sərfəli şərtlərlə və yüksək faizlə gəlir əldə etmələrinə imkan yaradır.
Belə ki, 19 oktyabr 2016-ci il tarixindən etibarən, bankın “Dinamik” əmanət məhsulu üzrə “Sevəcəyiniz Əmanət Təklifi” şüarı altında elan etdiyi yeni kampaniyaya əsasən indi müştərilər 12 aya illik 14% gəlir götürəcəklər. AZN valyutasında yerləşdirilən əmanətlərə şamil olunan bu kampaniya 02 noyabr 2016-ci il tarixinədək keçərlidir.
Əmanət hesabının açılması üçün tələb olunan ilkin mədaxil 100 AZN təşkil edən bu məhsul üzrə müştərilər əmanətlərini 6 aydan 24 ayadək müddətə yerləşdirə və faiz gəlirlərini həm hər ayın, həm də müddətin sonunda götürə bilərlər. Yerləşdirdikləri əmanət məbləği 1000 AZN/USD/EUR və ya daha çox olarsa, müştərilərə Visa Classic kartı, əmanət məbləği minimum 10.000 AZN/USD/EUR və həmin əmanətin müddəti 12 ay olarsa isə Visa Gold kartı PULSUZ olaraq hədiyyə olunacaq.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondunun üzvü olan Bank of Baku-da manatla yerləşdirilən 15%-dək qorunan bütün əmanətlər tam sığortalanır.