Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”-dan növbəti sosial aksiya: Ağac əkək, təbiətə sahib çıxaq!

20 Oktyabr 2014

“Bank of Baku” korporativ sosial məsuliyyət siyasəti çərçivəsində paytaxtın Binəqədi rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirib. “Təbiətin bizə ehtiyacı var!” şüarı altında baş tutan aksiya zamanı “Bank of Baku” əməkdaşları tərəfindən yüz agac əkilib. “Dərnəgül” metrosu yaxınlığındakı ərazidə ağacəkmə aksiyası Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Ekoloji aksiya zamanı ərazidə Pinus eldarika (Eldar şamı) növündən olan yüz ağac əkilib. Pinus eldarika Bakı və Abşeron mühitinə uğurlu şəkildə uyğunlaşması və yayılması ilə tanınıb və karbon qazını udaraq əvəzində oksigen ixrac etməsi və beləliklə ekologiyaya verdiyi əvəzsiz töhfə ilə tanınır.

Baş tutan ekoloji aksiyaya bankın rəhbərliyi və yüzə yaxın əməkdaşı qatılıb. Tədbirdə çıxış edən “Bank of Baku”-nun İdarə Heyəti Sədrinin Müavini  Zaur Qaraisayev bildirib ki, Bakı və Abşeronda canlı təbiət massivlərinin  təşəkkül tapması diqqət, qayğı və planlı fəaliyyət tələb edir. “Son illər rəsmi qurumlar bu istiqamətdə ardıcıl iş aparırlar. Fikrimcə, özəl sektor belə aksiyalara öz dəstəyini verməlidir.  Məhz bu səbəbdən “Bank of Baku” belə bir ekoloji aksiya keçirmək qərarına gəlib”. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Müavini Aygün Əliyeva da iştirak etmişdir. Aygün Əliyeva tədbirdə çıxış edərək “Təmiz Binəqədi” sosial layihəsi barədə məlumat vermiş, belə ağacəkmə aksiyalarında iştirakı layihəyə göstərilən dəstək kimi qiymətləndirmişdir.

Bu tədbirin baş tutmasında böyük dəstək verən Binəqədi Raon İcra Hakimiyyətinin rəsmilərinə və  təşkilati işləri yüksək səviyyədə həyata keçirmiş “Brand Bakers” şirkətinə dərin minnətdarlığımızı bildiririk. Korporativ sosial məsuliyyətə böyük önəm verən “Bank of Baku” bundan sonra da yeni sosial və ekoloji aksiyalar keçirməyi planlaşdırır.