Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək davam edir!

12 İyun 2020

Sosial layihələrə olan dəstəyi ilə hər zaman seçilən ölkənin aparıcı banklarından biri Bank of Baku, cənab İlham Əliyevin öndərliyi ilə həyata keçirilən özünüməşğulluq proqramına dəstəyini davam etdirir.

Bank, proqram çərçivəsində şəxsi biznesini inkişaf etdirmək və ya təsərrüfatını genişləndirmək istəyən aztəminatlı, eləcə də fiziki məhdudiyyəti olan şəxslərə davamlı dəstək göstərməkdədir.

Belə ki, Şirvan, Ağsu, Neftçala, Şəki və Balakən rayonlarında yaşayan aşağıdakı şəxslərə fəaliyyət sahələrinə uyğun olaraq bizneslərinin inkişafına təkan verəcək xüsusi avadanlıqlar təqdim olunub:

  • Rüstəmov Əlibaba Cəfər oğlu – Heyvandarlıq təsərrüfatı – (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
  • Şahverənova Tofiqə Şahverdi qızı - Heyvandarlıq təsərrüfatı (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
  • Nəbiyev Murad İsrail oğlu - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
  • Uzunova Pərvanə Fərman qızı - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
  • Həmidova Mirvari Seyidəhməd qızı – tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, parça, qayçı və s.)

Qeyd edək ki, Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, 11 mart tarixində Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdı.

Bank of Baku da bu layihədə yaxından iştirak edərək, regionlarda öz işini qurmaqda çətinlik çəkən sahibkarlara dəstəyini davam etdirəcək.

Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.