"Bank of Baku" qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan xanımları üçün pul və istehlak kreditlərinə 3%-lik endirim elan edir.
2-7 mart tarixləri arasında Azərbaycan Respublikasının vətəndaşı olan hər bir xanım istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim fürsətindən faydalana bilər. Bundan savayı, bu tarixdə kredit rəsmiləşdirən hər bir xanıma "Bank of Baku" tərəfindən 3 sürpriz nəzərdə tutulur. Sürpriz paketinə bunlar daxilidir: Bolkart, İdeal kredit kartı, həmçinin 20 manat dəyərində İdeal hədiyyə kuponu.
Kreditin maksimal həddi 5000 manatdır. Bolkart-la ölkəmizin 600-dən çox mağazasında alış-veriş edib, haqqını hissə-hissə ödəmək mümkündür. İdeal kartı ilə isə "İdeal" mağazalar şəbəkəsindən ən müasir parfümeriya və kosmetika məhsullarını almaq olar.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Eyni zamanda www.facebook.com/bankofbaku.com ünvanlarına baş çəkmək yetərlidir.