“Bank of Baku” qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycan xanımları üçün Komissiyasız Nağd Pul Krediti günləri elan edir. Yalnız iki gün, 7 və 8 mart 2014-cü il tarixlərində “Bank of Baku”-da nağd pul krediti rəsmiləşdirən hər xanım komissiya ödənişindən tam azad edilir.
Komissiyasız kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (və ya gəlirləri təsdiq edən digər sənədlər).
Kreditin maksimal həddi 15 000 manatdır.
Komissiyasız kredit rəsmiləşdirmək üçün “Bank of Baku”-nun ölkə boyunca yerləşən istənilən filialına müraciət oluna bilər.