Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”-dan yenilik: Ailəvi gəl, daha böyük kredit məbləği və endirim al!

20 İyun 2014

Əhalinin aşağı faizli nağd kreditə ehtiyaclarını qarşılamaq məqsədilə “Bank of Baku” 23 iyun 2014-cü il tarixindən etibarən “Ailə krediti” layihəsinə start verir. “Ailə krediti” bir ailənin 2 və daha çox üzvünün birlikdə əldə etdiyi kredit məhsuludur. “Ailə krediti”-nin əsas üstünlüyü illik faiz dərəcəsində 6%-dək endirimdaha böyük kredit məbləğdir.

“Ailə krediti”-ni kimlər ala bilər?
“Ailə krediti”-ndə ərizəçi kimi yalnız 1-ci dərəcəli qohumlar (ata, ana, bacı, qardaş, həyat yoldaşı və minimum yaşı 20 olan övladlar) iştirak edə bilər. Ərizəçi qismində “Bank of Baku”-nun daimi müştəriləri və heç vaxt bankdan kredit almamış yeni müştərilər çıxış edə bilər.

“Ailə krediti” güzəştləri hansı meyarlara əsasən təyin edilir?
Banka müraciət edən ailə üzvlərinin sayı artdıqca təqdim olunan kreditin məbləği də artır və hər yeni ailə üzvünə görə əldə edilən illik faiz dərəcəsində endirim yüksəlir. Maksimal endirim 6%-dəkdir. “Bank of Baku”-nun tarixçəli müştərilərinə daha yüksək imtiyazlar nəzərdə tutulur.

Kreditin maksimal məbləği və müddəti nə qədərdir?
Maksimal müddət – 48 ay
Maksimal məbləğ - 20,000 AZN