Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”nağdsız ödənişlər üzrə yenidən lider bank oldu!

2 Sentyabr 2013

Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə iyul ayına aid hesabatında, “Bank of Baku” bu nominasiyada 1-ci yerdə qərarlaşıb. Hesablanan əmsala əsasən, ay ərzində Azərbaycan bankları arasında plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun POS-terminallarında və bankomatlarında aparılıb. İyul ayında “Bank of Baku”-nun plastik kartları ilə 281.714 sayda nağdsız əməliyyat həyata keçirilib. Hesabat ayına olan məlumata görə, “Bank of Baku”-ya məxsus kartların toplam sayı isə 306. 390 təşkil edir. 

Hesabatın “Elektron bank xidmətləri” nominasiyasında isə “Bank of Baku” ikinci yerdə qərarlaşıb. 

Xatırladaq ki, Mərkəzi Bankın nağdsız ödənişlər üzrə may ayına aid hesabatında da, “Bank of Baku” 1-ci yerdə qərarlaşmışdı. Beləliklə, “Bank of Baku” artıq ikinci aydır ki, lider bank elan edilir. 

Nağdsız ödənişləri dəstəkləməklə “Bank of Baku”Azərbaycan Respublikası Mərkəzi Bankının ölkədə nağdsız ödənişlərin stimullaşdırılması siyasətinə öz töhfəsini vermiş olur. 

Azərbaycanın plastik kartlar bazarında aparıcı maliyyə təsisatlarından olan “Bank of Baku”-ya məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. “Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün 140.000-ə yaxın Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir.

“Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku