Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku-nun Cash-in və İnternet Bankçılıq xidmətində 1000 USD-dək Təcili Pul Köçürmələri!

12 İyul 2018

Ölkənin bank sektoruna gətirdiyi yenilikləri ilə “İLKLƏRİN BANKI” ünvanının sahibi Bank of Baku, ötən il Təcili Pul Köçürmələri sahəsində bir ilkə imza ataraq, ödəniş terminalları və İnternet Bankçılıq vasitəsilə 24/7 rejimində Contact Təcili Pul köçürmələri sistemindən istifadə imkanını yaratmışdı.

Müştərilərinə evdən çıxmadan, əlavə vaxt itirmədən və növbə gözləmədən Təcili Pul köçürmə sistemindən istifadə imkanını təqdim edən Bank, indi xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 1.000 USD-dək (AZN ekv.) artırıb. Bu da filial daxilində fiziki şəxsin köçürə biləcəyi gündəlik limit məbləğinə bərabərdir.

Bankın ödəniş terminalları vasitəsilə xaricə pul köçürmək istəyən müştərilər, istər bankın filialları daxilində, istərsə də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər.

Bunun üçün,

  • Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,
  • Müştəri kodunu daxil etmək;
  • Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmaq;
  • Vəsaitin göndəriləcəyi ölkəni seçmək;
  • Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etmək;
  • Əməliyyatı təsdiq etmək kifayətdir.

Bank of Baku-nun ödəniş terminallarının ünvanları ilə bu linkə daxil olaraq tanış ola bilərsiniz.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətindən istifadə edərək pul köçürmə əməliyyatını icra edən şəxslər isə öz kart hesablarından tamamilə rahat və təhlükəsiz şəraitdə ölkəxaricinə pul köçürə bilərlər.

Bank of Baku-nun İnternet Bankçılıq xidmətinə qoşulmaq istəyənlər 145 Məlumat Mərkəzinə zəng etməklə və ya filiala müraciət etməklə qoşula bilərlər.

Əlavə olaraq qeyd edək ki, 31 dekabr 2018-ci il tarixinə kimi Bank of Baku-nun korporativ müştəriləri İnternet Bankçılığa PULSUZ qoşula biləcəklər.

Daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.