"Bank of Baku"-nun Risklərin İdarə Edilməsi Departamentinin direktoru Nərgiz Zeynalova 2012-cü ilin risk meneceri elan edilib. Nərgiz Zeynalova bu yüksək ada Azərbaycan Risk Peşərakları Assosiyasiyası (ARPA) tərəfindən layiq görülüb.
O, bu ada ARPA üzvləri tərəfindən yekdilliklə layiq görülüb.
Nərgiz Zeynalova artıq 10 ildir ki, "Bank of Baku"-da çalışır. Kredit Departamentinin Kreditlər və Qarantiyalar şöbəsinin kiçik mütəxəssisi vəzifəsindən Risklərin İdarə edilməsi Departamentinin direktoru vəzifəsinə qədər yüksəlib. Nərgiz xanım risklərin idarə edilməsinin kifayət qədər spesifik iş olduğunu deyir. Hazırda bank sektoru üçün əsas risklər haradan qaynaqlanır sualına belə cavab verir: "Harada sürətli inkişaf varsa, orada risklər daha çoxdur. İstehlak kreditləri portfelinin günbəgün sürətlə artması müştərilərin borc yükünün artmasına səbəb olur. Belə olan halda müştəri təhlilində hər hansı qeyri-dəqiqlik və ya düzgün məlumatın əldə edilməməsi, öhdəliklərin vaxtında və lazımınca icra edilməməsi ilə nəticələnir. Bu gün əhaliyə kredit təklif edən müəssisələrin sayı artır və müştərinin kredit tarixçəsinə nəzarət etmək çətinləşir".
İlin risk meneceri adına gəlincə, Nərgiz xanım bunu gündəlik görulən işlərə verilmiş qiymət hesab edir. "Bu qiymət tək mənə yox, həm də bankmızda risklərin idarə edilməsinə verilən bir qiymətdir. Risklərin İdarə Edilməsi prosesi bir nəfərin yox, bütov bir komandanın birgə işidir".