Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

“Bank of Baku”-nun Ödəniş terminalları vasitəsilə vəsaitiniz dərhal kartınıza oturacaq!

5 Noyabr 2015

Azərbaycanın bank sektoruna gətirdiyi bir çox ilklərlə yenilikçi adını qazanan Bank of Baku bu dəfə aktiv plastik kart istifadəçilərini sevindirəcək.

Üstün müştəri xidmətlərinin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım, şəxsi vəsaitlərin istifadəsi üçün nəzərdə tutulan debet plastik kart sahiblərinə heç bir xidmət haqqı tutulmadan əlavə vaxt qazandırmaq və onlara 24 saat ərzində xidmətdən növbəsiz istifadə etmək imkanını verəcək.

Belə ki, bankın baş idarə və bütün filiallarında, həmçinin partnyor mağazalar şəbəkələrində, ticarət mərkəzlərində yerləşdirilmiş ödəniş terminalları vasitəsilə müştərilərimiz öz debet kartlarına vəsaiti nağd üsulla mədaxil etdiyi zaman, vəsait dərhal kartın balansına oturacaq.

Bununla yanaşı, müştərilər ödəniş terminalları vasitəsilə bir çox əməliyyatları icra edə bilərlər. Bunlara istehlak kreditlərinin ödənişi, kredit sifarişi, əmanət hesablarının artırılması, cari və kart hesablarına pulun yerləşdirilməsi, virtual kartın alınması, bankla olan tarixçənin öyrənilməsi, kommunal, mobil rabitə, sığorta və digər xidmətlərinin ödənişi daxildir.

Qeyd edək ki, 2008–ci ildə ödəniş terminallarının ölkədə ilk dəfə tətbiqinə başlayan Bank of Baku bazarda özünəxidmət məntəqələrinin genişləndirilməsi işinə təkan verdi.

Hal-hazırda bankın ölkə üzrə 140-dan çox ödəniş terminalları 24 saat ərzində müştərilərin xidmətindədir. Ödəmə terminalları haqqında daha ətraflı məlumatı bu linkə daxil olmaqla əldə edə bilərsiniz.