Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku öz reytinqini qoruyub, saxlamaqdadır!

27 İyul 2016

Moody's beynəlxalq reytinq agentliyi 01 yanvar – 01 iyul 2016-cı il tarixləri arasında Bank of Baku-nun reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə Bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edib. Açıqlamada Bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.

Belə ki, Bankın 01 iyul 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 19.5% təşkil edir ki, bu da Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən yüksəkdir. Moody’s agentliyi vurğulayır ki, Bank qeyri-işlək kreditlərə 100%-dən artıq ehtiyat yaratmış, eyni zamanda ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9.3%-ini təşkil etmişdir. Hesabatda Bankın likvidlik mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilmişdir. Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq Bank 2015-ci ilin 2-ci rübündən etibarən əməliyyat xərclərinin optimallaşdırılmasına fokuslanmışdır.

Qeyd olunanları nəzərə alaraq, Moody’s Reytinq agentliyi bankın reytinqini stabil olaraq B3 səviyyəsində saxlayıb. Agentliyin hesabatı ilə daha ətraflı şəkildə bu linkdən tanış ola bilərsiniz.

Bank of Baku uzun illər ərzində qazandığı müştəri məmnuniyyəti və etibarının, həmçinin bazardakı mövqeyinin qorunub saxlanılaraq daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.