Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bank of Baku problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir!

6 Dekabr 2019

Bank of Baku ölkə başçısı Cənab İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın icrası çərçivəsində, 15 may 2019-cu il tarixindən etibarən start verdiyi problemli kreditlərin restrukturizasiyasını uğurla davam etdirir.

Vaxtı keçmiş kredit borcu olan fiziki şəxslər cari ilin sonuna kimi Bank of Baku-ya yaxınlaşaraq, fərmanın verdiyi üstünlüklərdən faydalana bilər.

Belə ki, fərmanın şamil olunduğu tarixə kimi restrukturizasiya zamanı müştərilərin vaxtı keçmiş kreditləri üzrə faiz borcları silinir və kredit müqavilələri

  • İLLİK 1%-lə,
  • 5 İL müddətinə,
  • KOMİSSİYASIZ şərtlərlə yenidən rəsmiləşdirilir.

Üstəlik, müştərilər ilk 12 ayın sadəcə faiz borcunu ödəyərək əsas borc ödənişinə 13-cü aydan başlayacaqlar. Fərmandan faydalanan müştərilər, eyni zamanda aşağıdakı üstünlüklərə də sahib olacaqlar:

  • Müştərinin krediti problemli kredit siyahısından çıxarılacaq;
  • Məhkəmədə olan işlər geri çağırılacaq;
  • Müştəri yenidən kredit əldə etmə imkanı qazanacaq.

01 yanvar 2012 – 28 fevral 2019-cu il tarixləri ərzində kredit əldə etmiş və 01 mart 2019-cu il tarixinə krediti üzrə əsas məbləği 10.000 USD-dək və ya 17.000 AZN-dək olan kreditlər üzrə vaxtı keçmiş borcu olan fiziki şəxslərin 30 dekabr 2019-cu il tarixinə kimi Bank of Baku-ya yaxınlaşmaları və bu güzəştdən faydalanmaları tövsiyyə olunur.

Fərmanın şamil olunduğu fiziki şəxslər siyahısında adının olub-olmadığını yoxlamaq istəyən Bank of Baku müştəriləri Bankın 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər.