Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bolkart-dan “Bank of Baku”-nun 19 illiyində göydəndüşmə nağdlaşdırma fürsəti, həm də 3 ay möhlətlə!

4 Fevral 2013

“Bank of Baku” fəaliyyətinin 19 illiyi münasibətilə Bolkart istifadəçiləri üçün yeni nağd pul kampaniyasına start verir. 4-14 fevral  2013-cü il  tarixləri arasında hər Bolkart sahibi kartından  pul çıxara bilər. Kartlarını nağdlaşdıranlar, 3 ay möhlət müddəti, yəni  mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissiya haqqı isə 4 %-dir. 10 maydan sonra ödənilməmiş qalıq məbləğə görə, aylıq 2,5 % tutulacaq. Ticarət mərkəzlərində və Bankın filiallarında verilən 500 manat hazır limitli Bolkart-larda nağdlaşdırma mümkün deyil.

Yeni nağdlaşdırma kampaniyası Bolkart-ın əhalinin daha geniş təbəqələri arasında yayılması strategiyasının yeni bir mərhələyə qədəm qoyduğu dövrə təsadüf edir. Belə ki, bu günlərdə kartın keçərli olduğu mağaza və ticarət mərkəzlərinin toplam sayı artıq 500-ü aşıb. Bolkart-a malik şəxslərin sayı isə 55.000-ə yaxınlaşıb. Müştərilərin müxtəlif çeşidli və daha böyük məbləğdə alış-veriş etməsinə şərait yaratmaq üçün bu günlərdə Bolkart-ın maksimal balansı 3.000 manatdan 5.000 manata qədər artırılıb. Eyni zamanda artıq arayışsız Bolkart-ı təkcə ticarət mərkəzlərindəki “Bank of Baku”-nun xüsusi məntəqələrindən yox, habelə bankın bütün filiallarından əldə etmək mümkün olacaq. 

Bolkart-ı həm onlayn rejimdə - http://www.bolkart.az, həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar. Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. Bolkart-dan “Bank of Baku” ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. 

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.