Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Bolkart sahibləri ödəniş aylarını artıq SMS-lə və ya şəxsi kabinetdə artıra bilər!

2 Dekabr 2014

Artıq Bolkart MasterCard sahibləri qeyri-partnyor ticarət məkanlarında taksitərin sayını (ödəniş müddətini) onlayn qaydada da artıra bilərlər. Bolkart şəbəkəsinə aid olmayan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery və s.) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 və ya 6 aylıq ödəniş müddəti əldə edə bilərlər. Beləliklə, kart sahibi daha rahat və münasib ödəmə qrafiki əldə etmiş olur.

Kart sahibi bunu www.bolkart.az saytının Şəxsi Kabinet bölməsinin müvafiq menyusu vasitəsilə həyata keçirə bilər. Bolkart istifadəçisi alış-veriş etdiyi andan 1 gün ərzində bu xidmətdən yararlana bilər. Yeni xidmət xüsusən də internet istifadəçiləri üçün faydalı olacaq. Mağazalarla yanaşı, onlayn alış-veriş edən Bolkart sahibləri də hər-hansı məhsulu alıb, onun dəyərini hissə-hissə 6 aya kimi ödəyə bilərlər.

Xatırladaq ki, Bolkart sahibləri artıq bir ilə yaxın, eyni funksiyanı SMS taksit xidməti vasitəsilə də istifadə edirlər. Kart istifadəçisi alış-veriş zamanı əldə etdiyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və “taksit3” (və ya “taksit6”) ifadəsini SMS ilə 8145 nömrəsinə göndərir. Yeni xidmətin komissiya haqqı – 4,5% (3 ay) və 9%-dir (6 ay).

Xatırladaq ki, bu gün Bolkart Azərbaycanın ən populyar kredit kartıdır və “Bank of Baku”-nun bu kartından yüz minlərlə insan istifadə edir. Bolkartla Azərbaycanda və xaricdə alış-veriş etmək, kartdan nağd pul çıxarmaq, müxtəlif güzəşt və kampaniyalardan faydalanmaq olar.