Yeni il ərəfəsində vətəndaşların nağd pula ehtiyacını ödəmək məqsədilə “Bank of Baku” Bolkart sahibləri üçün nağdlaşdırma kampaniyası elan edir. 17-31 dekabr 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, martın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırılmış vəsaitin martın 10-dək ödənilməyən hissəsi üçün hər ay 2.5% ödəməklə ödəniş etmək mümkündür. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər.
Nağdlaşdırmanın komissiya haqqı 5%-dir.
Aşağıdakı Bolkart növlərini bu kampaniya zamanı nağdlaşdırmaq olar:
- Adi Bolkart
- MasterCard loqolu Bolkart
- Nar-Bolkart
- Tərəfdaş şirkətlərin xüsusi Bolkartları (Embawood, NLT,WorldTelecom və s.) (müştərinin müsbət və ya hədəf tarixçəsi formalaşandan maksimum 1 həftə sonra)
- Üzərində “500 AZN” olan adi və MasterCard loqolu Bolkart (müştərinin müsbət və ya hədəf tarixçəsi formalaşandan maksimum 1 həftə sonra)
Bu gün180.000-dən çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır. Bolkart MasterCard isə sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.