“Bank of Baku” CONTACT təcili pul köçürmə sistemi üzrə xidmət tariflərinin endirildiyini müştərilərin nəzərinə çatdırır. Artıq pul köçürmə tarifləri aşağıdakı kimi olacaq:
Azərbaycandan bu ölkələrə: Belarus,Gürcüstan, Qazaxıstan,Qırğızıstan, Latviya, Litva, Moldova,Rusiya, Tacikistan,Özbəkistan, Ukrayna,Estoniya
200.000 rubl/6.500 ABŞ dolları/5.000 avroya qədər - 1%
200.001 rubldan 600.000 rubla qədər - 2000 rubl
6.501 ABŞ dollarından 20.000 ABŞ dollarına qədər - 65 dollar
5.001 avrodan 20.000 avroya qədər - 50 avro.
Azərbaycandan bu ölkələrə sərfəli şərtlə pul köçürmək üçün “Bank of Baku”-nun istənilən filialını ziyarət etmək kifayətdir.