Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Dünya “Sevgililər Günü”nü, Bank of Baku ailəsi isə 23 yaşını qeyd edir!

14 Fevral 2017

Bu gün bütün dünya sevgililər gününü qeyd etdiyi bir vaxtda, ölkəmizdə “Sizə Yaxın Bankçılıq” prinsipi ilə fəaliyyət göstərərək yüz minlərlə müştərinin sevgisini qazanmış Bank of Baku 23 yaşını qeyd edir.

23 il ərzində müştərilərinə göstərdiyi yüksək xidmətilə sevgisini, qayğısını nümayiş etdirən Bank daim yenilikçi addımları ilə həm onların rəğbətini qazanmış, həm də uzun illər bazarda lider mövqeyini qoruyub saxlaya bilmişdir. Fəaliyyətini əsasən riteyl bakçılıq üzərində quran və bu sahədə Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öncül yerlərdə olan Bank of Baku, 23-cü ildönümü ərəfəsində universal banka çevrilmək istiqamətində mühüm addımlar atmağa başladı:

  • Korporativ bankçılığa keçid ilə bağlı imic çarxını
  • Və iş adamlarına özəl yeni məhsulunu İŞKART – biznes kartını təqdim etdi.

Korporativ Bankçılıq sahəsində fəaliyyət dairəsini genişləndirməyi hədəfləyən Bank 23-cü yaşında bu sahədə də bazarın lideri olmağa iddialıdır. Bu iddianın reallaşmasına Bankın uzun illərə dayanan təcrübəsi, peşəkarlardan ibarət komandası əsas verir. Təsadüfi deyildir ki, Azərbaycanın aparıcı bankları və biznes qurumlarında ən yüksək vəzifələrdə məhz sektorunun Akademiyası olaraq tanınan Bank of Baku-nun yetirmələri fəaliyyət göstərir.

Hal-hazırda, Bank of Baku 700 min nəfərdən çox müştəriyə - fiziki və hüquqi şəxslərə müxtəlif istiqamətlərdə maliyyə xidmətlərini göstərməkdə davam edir.

Ad gününə özəl olaraq Bank həm plastik kart istifadəçilərini, həm kredit müştərilərini, həm də korporativ müştərilərini sevindirəcək silsilə kampaniyalara start verib. Bu kampaniyalar haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/stock/