Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İlk dəfə “Bank of Baku”-dan onlayn bələdçi: arayışsız kreditin məbləğini dərhal öyrən!

4 Fevral 2013

Dünyanın qabaqcıl bankçılıq təcrübələrini ölkəmizdə ilk tətbiq edən “Bank of Baku” müştərilərə arayışsız nağd kredit üçün onlayn bələdçi xidmətini istifadəyə verib. Bundan belə, “Bank of Baku”-nun saytına daxil olub bələdçinin  yönləndirici suallarına cavab verən hər bir vətəndaş maksimum hansı  məbləğdə arayışsız nağd kredit ala biləcəyini öyrənə bilər. Onlayn bələdçi xidmətindən “Bank of Baku”-nun təkrar və yeni müştəriləri, həmçinin rəsmi iş yeri olmayan şəxslər belə istifadə edə bilər.

Bankın təkrar müştəriləri onlayn bələdçidə 6 rəqəmli müştəri kodunu və müvafiq simvolları daxil edir, habelə telefon nömrəsini təsdiq edir. Bundan sonra müştərinin mobil telefonuna ona hansı məbləğdə arayışsız kredit düşdüyü və digər təkliflər barədə SMS daxil olur.

“Bank of Baku”-ya ilk dəfə müraciət edən şəxslər isə ilk öncə rəsmi işə malik olub-olmadığına aydınlıq gətirir. Rəsmi iş yeri olanlar müvafiq siyahıdan öz iş yerinin adını və vəzifəsini seçərək ona maksimum nə qədər arayışsız kredit düşdüyünü öyrənir. Beləliklə, həmin məbləğ çərçivəsində arayışsız nağd kredit almaq istəyən şəxslər əlaqə məlumatlarını, əmək stajı və şəxsiyyət vəsiqəsinin sürətini bələdçiyə yükləyərək banka göndərir.

Rəsmi iş yeri olmayan və müxtəlif peşə sahibləri də təqdim olunan siyahıdan öz peşələrini seçməklə müvafiq məbləğ təklifini ala bilər. Onlayn bələdçi xidmətindən təmsil etdiyi peşə anket siyahısında olmayan və hətta təklif edilən heç bir kateqoriyalara uyğun gəlməyən şəxslər belə istifadə edə bilər.

Bütün mərhələlərdə “Bank of Baku”-ya göndərilən onlayn müraciətlərə bank əməkdaşları tərəfindən baxılır və müştəri ilə qısa bir müddətdə əlaqə saxlanılır.

“Bank of Baku”-nun onlayn bələdçi xidmətindən bu keçid vasitəsilə faydalanmaq mümkündür:http://www.bankofbaku.com/az/araissiz-kreditler/my-loan-amount.html.

 

“Bank of Baku”-nun onlayn bələdçi xidməti ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.