Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İlk dəfə: Bolkart müştəriləri öz Qurban Bayramı kampaniyalarını seçir!

11 Oktyabr 2013

Qurban Bayramı ərəfəsində “Bank of Baku” Bolkart sahibləri üçün yeni aksiyaya start verir. Aksiya çərçivəsində hər bir Bolkart sahibinə Qurban Bayramı üçün öz güzəştli alış-veriş kampaniyasını seçmək imkanı verilir. Belə ki, müştərilər bayram alış-veriş planlarına uyğun kampaniyanı özləri seçəcək. 

Müştərilərə seçim üçün 2 güzəştli kampaniya (A və B) təklif edilir: 

A kampaniyası: + 3 AY HƏDİYYƏ

Bu kampaniyanı seçənlərə 14-16 oktyabr 2013-cü il tarixlərində “3, 6 və 12 aya ödə” partnyorlarında (geyim, parfümeriya, elektronika və s.) əlavə olaraq 3 aylıq müddət hədiyyə edilir. Beləliklə, müştəri 3 aylıq ödənişli mağazada ödəməni 6 aya, 6 aylıq ödənişli mağazada 9 aya və 12 aylıq ödənişli mağazada isə 15 aya edəcək.

B kampaniyası: 3 AY SONRA ÖDƏ 

Bu kampaniyanı seçənlər, 14-16 oktyabr 2013-cü il tarixlərində, yalnız Bolkart şəbəkəsinə aid olan “1 aya ödə” partnyorlarında (restoran, supermarketlər və s.) ödəmə müddəti 10 yanvar 2014-cü ilə qədər uzadılır. Bu halda müştəri ödəməni 1 ay deyil, 3 ay sonra yəni gələn ilin yanvar ayının 10-na kimi edə bilər. 

Bolkart sahibləri öz kampaniya seçimlərini 11-16 oktyabr tarixləri ərzində edə bilər. Kampaniya seçimi edib qeydiyyata düşməyən Bolkart müştəriləri üçün heç bir kampaniya aktivləşdirilməyəcək. Kart sahibi Bolkart-ın üzərində olan son 8 (səkkiz) rəqəmi və yuxarıda əks olunan A və ya B variantlarından birini 8145 nömrəsinə SMS göndərərək öz Qurban Bayramı alış-veriş kampaniyasını seçir. 

SMS nümunəsi: 

32517007 A 

Bu halda üzərində son 8 (səkkiz) rəqəmi 32517007 olan Bolkartın sahibi “Kampaniya A”-dan yararlanma fürsətini seçmiş olacaq. Müvafiq olaraq 32517007 B – “Kampaniya B” üzrə seçim kimi qəbul ediləcək. Kampaniya barədə daha ətraflı: www.facebook.com/Bolkart www.bolkart.az