Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

İndi “Bank of Baku”-da kiçik biznes krediti alanlar da “Dostlar klubu” üstünlüklərindən faydalanır!

22 May 2013

 

Azərbaycanda sahibkarlığı dəstəkləmək məqsədilə “Bank of Baku” biznes kreditləri alan şəxslər üçün güzəştlər paketini təqdim edir. Bundan belə, kiçik biznes kreditləri alan müştərilər də bankın “Dostlar klubu”-na qəbul ediləcək. Beləliklə, artıq yalnız istehlak krediti almış şəxslər deyil, eyni zamanda kiçik biznes və peşə kreditləri almış müştərilər də “Dostlar klubuna” üzv olacaq. Kluba üzvlük bu müştərilərə bir sıra güzəşt və endirimlərdan faydalanmaq imkanı verəcək, o cümlədən, komissiya haqqı olmadan arayışsız və sərfəli faiz ilə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və s. Beləliklə, kiçik biznes krediti almış şəxs bankın məhsul və xidmətlərindən güzəştli əsaslarla faydalana biləcək və ona müvafiq kateqoriyalı plastik kart veriləcək.

Kiçik biznes kreditin müddəti 3 il olmaqla, faiz dərəcəsi isə 25%-dən başlayır ( FİFD 26%-dan). Kreditin məbləği isə 30.000 ABŞ dollarına qədərdir.

Bu günə kimi “Bank of Baku” on minlərlə ölkə vətəndaşına yüz milyonlarla ABŞ dolları  məbləğində biznes kreditləri ayırmışdır. “Bank of Baku”-nun biznes kredit proqramları sərfəli şərtləri və rəqabət qabiliyyəti ilə seçilir. Özünün kiçik biznesini qurmaq və canlandırmaq istəyən hər bir şəxs “Bank of Baku”-ya müraciət edə bilər.

Uzun müddətli müştərilər üçün 2011-ci ildə təsis edilən “Dostlar klubu” isə  istehlakçıların böyük marağı ilə qarşılanıb və qısa müddət ərzində kluba artıq 90.000-nə yaxın şəxs qoşulub. Klub üzvləri topladıqları bonuslar sayəsində güzəştli komissiya haqqı ilə arayışsız və sərfəli faiz ilə 10.000 manata qədər kredit alır, plastik kartlarında təcili kredit xətti, həmçinin telefonlarına pulsuz mobil danışıq balansı yükləmiş olurlar. 

Yaxın zamanlarda bankın digər xidmətlərdən istifadə edən müştərilər də “Dostlar klubu”-na qoşulmaq imkanı əldə edəcək. Biznes kreditləri barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku.