Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

MasterCard loqolu Bolkartların verilməsinə başlandı!

18 İyun 2013

MasterCard şirkəti ilə ikitərəfli razılaşma çərçivəsində bu gündən “Bank of Baku” Bolkart kredit kartını MasterCard loqosu ilə müştərilərə təqdim etməyə başlayır. İlkin dövrdə MasterCard loqolu Bolkartı “Bank of Baku”-nun paytaxt Bakıda yerləşən altı filialından – Baş İdarədə yerləşən Müştəri Xidmətləri Departamenti, “Mərkəz”, “28 May”, “Neftçilər”, “Nəsimi” və “Bakıxanov” filiallarından əldə etmək mümkündür. Növbəti mərhələlərdə isə müştərilər kartı bankın bütün filiallarından əldə edə biləcək. MasterCard loqolu Bolkartı həm yeni ərizəçilər, həm də artıq kartın aktiv istifadəçisi olan, ödənişləri üzrə gecikməsi olmayan şəxslər Bolkart üzrə aktiv borcunu ödəməklə əldə edə bilər.

Yenilik sayəsində bundan belə, MasterCard Bolkart sahibləri yalnız Azərbaycanda deyil, həmçinin ölkəmizdən kənarda yerləşən çoxsaylı ticarət mərkəzlərində  alış-veriş edə bilərlər.Kart sahibləri habelə  MasterCard loqosu olan istənilən onlayn mağazada alış-veriş etmək imkanı əldə etmiş olurlar.

MasterCard  loqolu Bolkart xüsusi çiplə təmin edilib və bunun sayəsində POS-terminal ilə əməliyyatlar daha təhlükəsiz və rahat olacaq.

Xatırladaq ki, bir qədər öncə Bolkart-Nar və Bolkart-Bakcell kobrend kartları dövriyyəyə buraxılıb. Bu kartlar da MasterCard loqosuna malikdir və sahiblərinə bir sıra üstünlüklər verir.

Bu gün artıq 110.000-dən çox insan Bolkartdan istifadə edir və bu rəqəm, Azərbaycanın hissə-hissə ödənişli kredit kartları arasında ən böyük rəqəmdir.

Yeni MasterCard Bokart barədə daha ətraflı məlumat üçün 145 Məlumat Mərkəzinə zəng etmək və yawww.facebook.com/bolkart səhifəsini ziyarət etmək olar.