Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Moody’s: Bank of Baku öz reytinqini qoruyub, saxlamaqdadır!

31 Yanvar 2017

Moody's beynəlxalq reytinq agentliyi 01 iyul 2016 – 01 yanvar 2017-ci il tarixlərini əhatə edən növbəti hesabatında “Bank of Baku”-nun reytinqinin dəyişməz olaraq qaldığını və bankın bazardakı mövqeyini qoruyub saxladığını təsdiq edib. Belə ki, agentliyin açıqlamasında Bankın əsas maliyyə göstəriciləri – məcmu kapitalın adekvatlığı, likvidlik səviyyəsi və ehtiyatların ümumi həcminin müsbət olduğu vurğulanıb.

2015-ci ilin ortalarından etibarən xərclərin optimallaşdırılması nəticəsində Bank of Baku-nun 2016-cı ildə xərclərinin gəlirə nisbəti keçən illə müqayisədə 35.5%-dən 25.6%-ə qədər azaldılmışdır. Ötən dövrlə müqayisədə, həmçinin bankın məcmu kapitalında və likvidliyində müsbət artım tendensiyası qeydə alınıb. Belə ki, 01 yanvar 2017-ci il tarixinə olan göstəriciyə əsasən məcmu kapitalın adekvatlıq əmsalı 22.90 % təşkil edir ki, bu göstərici Mərkəzi Bankın təyin etdiyi minimum 10% tələbindən çoxdur. Bankın gözlənilməz xərclərə qarşı kifayət qədər kapitalının olduğunu hesabatda xüsusilə qeyd edən Moody’s likvidlik əmsalının da növbəti 12-18 ay ərzində yüksək qalacağını proqnozlaşdırır. Belə ki, Bankın 2016-ci ildə fəaliyyəti nəticəsində likvidlik əmsalı 24.1%-dən 37.4%-ə qədər artmışdır.

Bütün bu faktorları əsas götürərək, Moody’s Reytinq agentliyi Bank of Baku-nun reytinqini stabil olaraq B3 səviyyəsində qaldığını təsdiq edib.

Fəaliyyətini müştərilərinə yaxın bankçılıq prinsipi əsasında quran Bank of Baku 23 il ərzində qazandığı etibarın qorunub saxlanılması, xidmət səviyyəsinin təkmilləşdirilməsi və bazardakı mövqeyinin daha da gücləndirilməsində israrlıdır.