Valyuta məzənnələri Sizə zəng edək?
Təklif və şikayətlər
Bütün bölmələr
Bütün bölmələr
Bütün bölmələr
Banners main page
Bank haqqında
Korporativ bankçılıq
Kartlar
Kreditlər
Əmanətlər
Təcili pul köçürmələri
Onlayn xidmətlər
Xəbərlər
Bankımız mediada
Loyallıq klubu
Hesablaşma əməliyyatları
Sənədli əməliyyatlar
Müraciətlərlə bağlı icmal məlumat
Elanlar
Plastik kartlar
Filiallar və bankomatlar
Videolar
Selectors
Ads
Kartlar üzrə xidmətlər
Debet kartlar
Lokal kartlar
Kredit kartlar
Biznes üçün
Virtual kartlar
Təhlükəsizlik tələbləri
Nağd pul kreditləri
Kredit kartlar
İpoteka Kreditləri
Biznes kreditləri
Nə vaxt?
Xidmət vaxtı
Bazar ertəsi - Cümə (10:00–18:00)

Ödəniş kartlarından istifadə zamanı təhlükəsizlik qaydaları

  • Heç vaxt kartı və kart məlumatlarını - kart nömrəsi, istifadə müddətinin bitmə tarixi, CVV və ŞEN kodları  üçüncü səxslərə hətta  yaxın qohumlarınıza da verməyin;
  • Kartı bankın filialında təhvil alarkən arxa hissəsində olan imza üçün zolaqda imzanızın nümunəsini çəkin;
  • ŞEN kodu kartla bir yerdə saxlamayın, kartın üstündə və ya mobil telefonunuza yazmayın. ŞEN kodu yadda saxlamağa çalışın və ya əgər Sizin kartınız bu xidməti dəstəkləyirsə, ATM vasitəsilə “PİN change” xidmətindən yararlanıb Sizə uyğun olan kodu  seçə bilərsiniz;
  • Kartınızla olan icazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün SMS və İnternet Bankçılıq xidmətlərindən istifadə edin. Bu cür əməliyyatlar baş versə kartınızı dərhal bloklaşdırın və araşdırılması üçün bankınıza müraciət edin;
  • Kart itirildiyi və ya oğurlandığı halda mütləq bloklaşdırılmalıdır. Siz Məlumat Mərkəzinə zəng edib, kart nömrəsinin son 8 rəqəmini və kod sözünüzü deməklə, kartınızı bloklaşdıra bilərsiniz. Bundan əlavə SMS və İnternet bankçılıq xidmətləri vasitəsilə də kart bloklaşdırıla bilər;
  • Kartın saxlandığı şəraitlərə qarşı diqqətli olun. Kart mexaniki, temperatur və elektromaqnit təsirlərdən qorunmalı, rütubətdən uzaq saxlanılmalıdır. Ödəniş kartını mobil telefon, məişət və ofis avadanlığı ilə yanaşı saxlamaq olmaz;
  • Çalışın ictimai yerlərdə quraşdırılmış bankomatlardan istifadə edin. Məsələn, dövlət idarələri, bank filialları, böyük ticarət kompleksləri. Bankomatın klaviaturasının və ya kart qəbuledicisinin üzərində əlavə avadanlıqlar quraşdırılıbsa, həmin bankomatdan istifadə etməyin. Əməliyyat apararkən Bank əməkdaşları da daxil olmaqla, kənar şəxslərin köməyini qəbul etməyin;
  • POS terminallarda və ATM-da ŞEN kod daxil edilərkən kənar şəxslərin görməməsi təmin edilməlidir. Misal üçün, bir əlinizlə daxil edərkən digər əlinizlə kodun görünməməsini təmin edin;
  • Kartınızdan yalnız onlayn ödənişlər üçün istifadə etmək fikrindəsinizsə, belə ödənişlər üçün nəzərdə tutulmuş virtual kartı sifariş edin;
  • Kart məlumatlarını yalnız tanınmış sertifikasiya mərkəzləri tərəfindən imzalanmış  SSL sertifikatlarla mühafizə  olunmuş  internet səhifələrində daxil edin. Onlayn ödənişləri  şəxsi  komputerinizdən edin;
  • Özünüzə uyğun olan istifadə limitlərinin qrupunu  seçın.