“Bank of Baku” ASC-nin DostBank - Mobil Bankçılıq tətbiqi vasitəsi ilə siz, vaxtınıza qənaət edərək, olduğunuz məkanı tərk etmədən, öz mobil telefonunuz ilə, bank əməliyyatlarını onlayn rejimdə həyata keçirmək və günün istənilən vaxtında hesablarınıza nəzarət etmək imkanı əldə edirsiniz. Mobil tətbiqin qoşulma qaydası aşağıdakı kimidir.
DostBank tətbiqində qeydiyyatdan keçmək üçün:
- DostBank tətbiqini “Google Play” və ya “App Store” mobil telefonunuza yükləyin;
- “Qeydiyyatdan keç” bölməsinə daxil olun;
- Bank of Baku-da olan şəxsi müştəri kodunuzu daxil edin;
- Mobil telefonunuza bank tərəfindən göndəriləcək birdəfəlik şifrəni (OTP) daxil edin;
- Gələcək zamanda DostBank tətbiqinə daxil olmaq üçün şəxsi şifrənizi təyin edin.
Mütəmadi olaraq yeni imkanları təqdim edən DostBank mobil tətbiqində aşağıdakı xidmətlər sizə təklif olunur:
- Proqram girişlərinizin barmaq izi ilə tanınması (fingerprint opsiyası);
- İstər şəxsi hesablar ,istərsə də bank daxili və ölkədaxili hesablar arası köçürmələr etmək;
- Hesablar arasında nağdsız konvertasiya əməliyyatları etmək;
- Valyuta məzənnələrini izləmək;
- Bank of Baku və ya digər prossesinq mərkəzinin kartları vasitəsi ilə MasterCard / Visa tipli plastik kartlara minimum komissiya ilə köçürmə etmək;
- Kredit və Debet kartlarının balansına nəzarət etmək, çıxarış əldə etmək və ehtiyac yaranarsa 7/24 blok etmək;
- Şəxsi cari, depozit və ya kredit hesablarınıza nəzarət etmək və çıxarış əldə etmək;
- Ən yaxınlıqda yerləşən ATM, Filiallar və Ödəniş terminallarının xəritədə əks olunması;
- Onlayn valyuta dəyişmə kalkulyatoru;
- Nağd pul, Debet və ya Kredit kartlarının sifarişi;
- Şəxsi cari, depozit və ya kredit hesablarınıza nəzarət etmək və çıxarış əldə etmək;
- Bütün köçürmə, konvertasiya, ödənişlərinizin tarixçəsini izləmək;
- Kommunal, Mobil operator, TV və İnternet provayderlərinin borclarının ödənilməsi, avtomatik ödənişləri periodik reallaşdırmaq;
- Bank ilə əlaqə yaratmaq şansı əldə etmək.
Mobil Bankçılıq üzrə pul köçürmələri üçün nəzərdə tutulan cari tariflərlə aşağıdakı linkdən tanış ola bilərsiniz.
Tarifləri göstər