“145 - Məlumat Mərkəzi” - İnformasiya tutumuna, proqram təminatına və texniki imkanlarına görə müştərilərinin və ümumiyyətlə Azərbaycanda yaşayan insanların “Bank of Baku”nun məhsul və xidmətləri barədə məlumatlandırılmasına xidmət edir. Həftənin bütün günləri 24 saat ərzində 145 nömrəsini yığıb Məlumat Mərkəzinə qoşulmaqla Bankla bağlı ən müxtəlif mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək mümkündür.
Məlumat Mərkəzində aşağıdakı mövzularda avtomatlaşdırılmış məlumatlar əldə etmək mümkündür:
- Bankın ən son yenilikləri və kampaniyaları;
- Bankın əsasən sıravi insanlar üçün nəzərdə tutulan ən mühüm məhsul və xidmətləri, o cümlədən əmanətlər, ipoteka kreditləri, istehlak kreditləri, plastik kartlar, yol çekləri, təcili pul köçürmələri və s. barədə ətraflı məlumatlar (layihələrin şərtləri, mühüm tələblər, tariflər və s.);
- Bankın həmin günə olan valyuta məzənnələri (ABŞ dolları, rus rublu və avronun alış və satış məzənnələri);
- Bankın filial və xidmət məntəqələrinin ünvanları, telefon və faks nömrələri;
- Bankın ATM-lərinin ünvanları;
- Bankın ödəniş rekvizitləri.
Bundan başqa Məlumat Mərkəzinin proqram təminatı zəng edən insanlar üçün bir sıra əlavə imkanlar da nəzərdə tutur. Belə ki, zəng edənlər özü barədə qısa məlumatları (adı, soyadı və əlaqə telefonu) və əldə etmək istədiyi məhsul və ya xidmətimizin adını qeyd etməklə sonradan Bankın əməkdaşlarının onunla əlaqə saxlayaraq müraciətini təmin etməsindən faydalana bilərlər. Bankın fəaliyyəti, xidmətlərin səviyyəsi və ya bankın məhsulları barədə təklif və ya iradları olanlar üçün də xüsusi bölmə nəzərdə tutulur. Bu bölmədə zəng edən şəxs özü barədə qısa məlumat verdikdən sonra öz fikirlərini proqramın yaddaşına köçürə bilər. Məlumat Mərkəzinin xüsusi işçi qrupu mütəmadi olaraq daxil olan zənglərin, xüsusilə də təklif və iradların təhlili ilə məşğuldur.
Həmçinin Məlumat Mərkəzi layihəsi çərçivəsində avtomatlaşdırılmış məlumatlardan əlavə, Operatora qoşulmaqla Bank məhsulları , şərtləri , kampaniyalar və.s haqqında məlumat əldə etmək mümkündür. Plastik kart sahibləri isə kartla bağlı istənilən mövzuda suallarını ünvanlamaq, habelə kartlarının itirildiyi və ya oğurlandığı halda dərhal blok edə bilmələri üçün 145 üzərindən 24 saat ərzində aktiv olan xüsusi düyməni seçməklə operatora qoşulub müraciətlərini bildirə bilərlər.
Xətdə gözləmək imkanı olmayan müştərilərimiz isə 145 üzərindən əlaqə nömrəsini (zəng etdiyi nömrə və ya mobil nömrə) qeyd etməklə, call back – zəng sifarişi xidmətimizdən yararlana bilərər. Qeyd olunan əlaqə nömrəsi ilə ən qısa zaman kəsiyində əlaqə saxlanılıb sualı cavablandırılacaq.
145 Məlumat Mərkəzinə Ölkədaxili bütün şəhər nömrələrindən , həmçinin region nömrələrindən daxil olan zənglər pulsuzdur.
Ölkə xaricində olan müştərilərimiz isə +99412 50 50 145 nömrəsini yığmaqla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayıb müraciətlərini bildirə bilərlər.
Bir sözlə bundan sonra “ Bank of Baku ” ilə bağlı sizi maraqlandıran hər hansı məsələ varsa, şəhər və mobil telefonlarından sadəcə 145 nömrəsini yığmağınız kifayət edir.