Onlayn kredit ödənişinin ardıcıl qaydası:
- Ödəniş üçün bu ünvana keçin Kreditin onlayn ödənişi.
- Hesab nömrənizi və Şəxsiyyət vəsiqənizin seriya və nömrəsini daxil edin. Hesab nömrəsi ödəniş cədvəlində və ödəniş çekində qeyd olunur.
- Hesab nömrəsinin üzərinə tıklayın.
- Açılan pəncərədə hesabınız üzrə cari vəziyyət və plastik kartla ödəniş etmək üçün menyu əks olunur.
- Uğurlu ödəniş əməliyyatından sonra qeyd etdiyiniz nömrəyə ödənişi təsdiq edən SMS daxil olacaq.
Heç bir halda kart məlumatlarınızı və ya hesab nömrənizi SMS və ya mail ilə heç kəsə göndərməyin.