PİN Change - Pin kodun dəyişdirilməsi xidməti
Bu xidmət müştərilərə Bank of Baku-nun təqdim etdiyi plastik kartlar üzrə rahatlıqla yadda saxlaya biləcəyi pin kodu əldə etməsinə və ya unudulmuş (itirilmiş) PIN kodun bərpasına (yenisi ilə əvəzlənməsinə) imkan yaradır.
PIN kodu necə dəyişmək olar?
PIN-kodu emitent banka müraciət edərək və ya bankomat vasitəsi ilə dəyişmək mümkündür. Bu halda, asan əldə oluna biləcək kombinasiyalardan (məs, doğum tarixi, telefon nömrəsinin son rəqəmləri və s.) istifadə edilməməlidir.
(PİN-kodun dəyişdirilməsi) Bank kartların istifadə təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan "PİN çeync" ("PIN-change") adlı bu xidmət "Bank of Baku " tərəfindən buraxılmış kartlar üçün (yalnız virtual kartlardan başqa) keçərlidir. PİN-kod, yəni Şəxsi Eyniləşdirmə Nömrəsinin (ŞEN) 4 rəqəmli kodu, kart sahibi tərəfindən istənilən vaxt bankomat vasitəsilə dəyişdirilə bilər. "PİN-çeync" xidmətindən "Bank of Baku "-nun istənilən ATM-də faydalanmaq olar. Pin kodun dəyişdirilməsi üçün heç bir limit yoxdur.
Xidmət haqqı: 1 (bir) AZN təşkil edir.
"Bank of Baku " kartınızın PİN-kodunu aşağıdakı hallarda dəyişməyi məsləhət görür:
- PİN-kodu daha rahat yadda saxlamaq üçün;
- PİN-kodu Sizdən başqasına məlum oluduğu, və ya bundan şübhəniz olduğu halda.
PIN kodun dəyişmə qaydası
Əməliyyat növünü seçin:
1. PİN kodun dəyişdirilməsi;
2. Yeni PİN kodu daxil edin;
3. Yeni PİN kodu bir daha daxil edin;
4. PİN kod müvəffəqiyyətlə dəyişdirildi.
Yeni Bolkartlarda PİN-kodun dəyişdirilməsi
Fiziki olaraq bir plastik kartın olmasına baxmayaraq, hər iki kart (hesab və Bonus) üzrə ayrı-ayrılıqda "PIN-change" xidməti nəzərdə tutulub.
Bolkart ATM-ə daxil edildikdə, Menu-da 2 lövhə çıxır: Mastercard və Bonus.
PIN-kodun dəyişdirilməsi hər birində ayrı-ayrılıqda icra olunmalıdır.
PIN kodu necə bərpa etmək olar?
Müştəri Bank tərəfindən ona təqdim edilmiş plastik kartın PIN-kodunu unudubsa, kartın PIN kodunu, Banka yaxınlaşmadan və Banka müraciət etmədən ATM vasitəsi ilə dəyişə bilər.
PIN kod 3 dəfə yalnış daxil edilərsə, Kart sahibi olan müştəriyə PIN kodun bərpası üçün SMS göndərilir. Müştəri SMS-lə ona təqdim olunmuş birdəfəlik kodun köməyilə, Bankın ATM-nə yaxınlaşaraq PIN kodu yenisi ilə əvəz edə bilər
Xidmət haqqı: 2 (iki) AZN təşkil edir.
Qeyd: Kartın balasında kifayət qədər vəsait yoxdursa, o halda əməliyyat hesaba mədaxil edildikdən sonra mümkün olacaq.
PIN kodunun bərpası qaydası
SMS vasitəsilə birdəfəlik şifrəni aldıqdan sonra,
1. Kartınızı Bankomata daxil edin;
2. Dil seçimini edin;
3. “Yeni PİN təyin et” düyməsini seçin;
4. SMS vasitəsilə göndərilmiş kodu aldıqdan sonra “Davam et” düyməsinə basın;
5. Yeni PIN kodu daxil edin;
6. Yeni PIN kodu yenidən daxil edin;
7. Təsdiq üçün yenidən sizə SMS vasitəsilə göndərilmiş kodu daxil edin və “Davam et” düyməsinə basın;
8. PİN kod müvəffəqiyyətlə dəyişdirildi.
PİN-kodun bərpası xidməti "Bank of Baku" tərəfindən buraxılmış kartlar üçün (yalnız virtual kartlardan başqa) keçərlidir. Əməliyyat sadəcə “Bank of Baku”ya aid ATM-lər vasitəsilə həyata keçirilə bilər. Bu xidmətdən limitsiz, 24/7 rejimində yararlanmaq mümkündür. PIN kod bir neçə dəqiqə ərzində bərpa olunur.
Xidmətdən yararlanmaq üçün kartda “SMS Bankinq” Xidməti mütləq aktiv olmalıdır.
SMS Bankinq xidməti aktiv olmayan müştərilər PIN kodun bərpası üçün 145 Məlumat Mərkəzinə zəng edərək, SMS Bankinq xidmətinə qoşulduqdan sonra, PIN kodun bərpası əməliyyatını həyata keçirə bilər.