Hörmətli müştəri,
Bildiyiniz kimi, Cənab Prezidentin fərmanında dollar kreditləri üzrə kompensasiyaların ödənilməsi ilə bağlı mexanizmin 15 gün ərzində, kompensasiya ödəniləcək şəxslərin siyahısının isə 45 gün müddətində Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və banklar tərəfindən birlikdə hazırlanacağı qeyd olunub. Bu mexanizmin hazırlanması üçün tələb olunan müddət ərzində, Sizdən gələn bütün müraciətləri qeydə alır və diqqət mərkəzində saxlayacağıq. Əsas xahişimiz, onların cavablandırılması üçün təyin olunan vaxt ərzində təmkinli olmağınızdır. Kompensasiya ödəniləcək müştərilərin siyahısı tam hazır olduqdan sonra, biz özümüz sizinlə əlaqə saxlayacaq və növbəti addımlar haqqında məlumat verəcəyik.
Anlayışınız üçün təşəkkür edirik.