Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku “ASAN Finans” layihəsinə tam inteqrasiya olundu!

29 May 2019

Təqdim etdiyi məhsul və göstərdiyi xidmətləri ilə müştəri məmnuniyyətini illərdir qoruyub saxlayan Bank of Baku, məhz onların rahatlığını düşünərək Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış “ASAN Finans” layihəsinə tam inteqrasiyanı həyata keçirtdi.

Maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi məqsədi ilə yaradılmış “ASAN Finans” layihəsi vasitəsilə Bank of Baku, aşağıdakı müştəri məlumatlarını indi daha operativ və çevik şəkildə əldə edəcək:

  • Biometrik şəxsiyyət vəsiqəsi məlumatlarını;
  • Biometrik olmayan şəxsiyyət vəsiqəsi məlumatlarını;
  • Mövcud və keçmiş iş yerləri haqqında məlumatları.

Bununla da müştərilər bankda lazımi sənədlər üçün əlavə vaxt sərf etmədən fasiləsiz və məsafəsiz xidmət üstünlüyündən istifadə edərək, nağd pul krediti əldə etmə, debet və ya kredit kartlarının rəsmiləşdirilməsi kimi bir çox bank xidmətlərindən rahatlıqla faydalanacaqlar. Nəticə etibarı ilə sənədləşməyə sərf olunan vaxta qənaət olunduğu üçün Bank of Baku tərəfindən kredit rəsmiləşdirilməsi 15 dəqiqəyə qədər azaldılmışdır.

Müştərilər bank tərəfindən məlumatların əldə edilməsi üçün razılıq ərizəsi təqdim etməlidir. Ancaq bundan sonra bank müştərilərin məlumatlarını əldə edə bilər.

Bank of Baku-nun bu və ya digər yenilik və xidmətləri haqqında məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku və ya Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com daxil olaraq cavab tapa bilərsiniz.