Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku-dan Tələbələrarası İntellekt Olimpiadasına DƏSTƏK!

19 April 2019

Elmin və biliyin gücünə hər zaman inanan, bank sektorunun akademiyası olaraq tanınan Bank of Baku, “LEAD Education” Təhsil və İnnovasiya Mərkəzi və “YAP Gənclər Birliyi” ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə özəl olaraq "Tələbələrarası İntellekt Olimpiadası" layihəsinə start verib.

Bankın baş sponsorluğu ilə bilikli və bacarıqlı tələbələr arasında keçiriləcək olimpiadanın əsas məqsədi, gənclərdə Azərbaycan tarixinə maraq yaratmaq və onlarda tarixi hadisələrə şüurlu və yaradıcı təfəkkürlə yanaşma imkanı verməkdir.

Bakalavr pilləsində təhsil alan tələbələr arasında (sonuncu kurs tələbələri istisna olmaqla) təşkil olunan layihədə iştirak ödənişsizdir. İki mərhələdən ibarət olan olimpiadanın ilk turu – 27 aprel, 4 may və 11 may tarixlərində keçiriləcək. Yüksək nəticə göstərən tələbələr final mərhələsində iştirak hüququ qazanacaq. Final mərhələsində iştirak edən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiadada iştirak etmək istəyən şəxslər, universitetlərdə yaradılmış olimpiada mərkəzlərinə müraciət edə və ya linkə (http://bit.ly/2UxRfm9) daxil olaraq qeydiyyatdan keçə bilərlər. Layihə haqqında daha ətraflı məlumat almaq istəyən şəxslərin (012) 595-05-35, (055) 576-05-35, (070) 576-05-35 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.