Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku IT infrastrukturunu təkmilləşdirir!

7 July 2020

Daim innovativ həlləri ilə müştərilərini rahat xidmət imkanları ilə sevindirən Bank of Baku bu günlərdə IT infrastrukturunun təkmilləşdirilməsi məqsədilə iri həcmdə investisiya ayırıb.

Belə ki, aparılan təkmilləşdirilmə işləri sayəsində bankın bütün əməliyyat sistemi yeni nəsil serverə keçirilmiş, saxlanc və şəbəkə texnologiyaları da müasir texnoloji imkanlar əsasında tamamilə yenilənmişdir.

Tətbiq edilən bu yeniliklər, bankın DostBank mobil tətbiqi, İnternet bankçılıq xidməti və digər rəqəmsal maliyyə xidmətlərindən mütəmadi istifadə edən müştərilərinə əməliyyatlarını indi daha rahat və sürətli şəkildə icra etmələrinə imkan yaradacaq.

“IT infrastruktunun təkmilləşdirilməsinə diqqət ayırmaqla, Bankımız hal-hazırda bütün dünyanı bürüyən COVID-19 pandemiyası dövründə, müştərilərinin evdə qalaraq, xidmət və məhsullarına çıxışını daha da asanlaşdırır, əməliyyatlarını operativ icra etmələrini təmin edir.” deyən Bankın IT sahəsinin direktoru, Anar Abbasov, həmçinin qeyd edib ki, “Bankımız üçün çox önəmli olan bu proses zamanı qısa fasilələrlə də olsa, müştərilərimiz müəyyən texniki çətinliklərlə qarşılaşdı. İstənilən çətinliklə üz-üzə gələn bütün müştərilərimizdən yaranmış bu qısa müddətli narahatçılığı üzrlü hesab etmələrini xahiş edir, anlayışları üçün təşəkkürümüzü bildiririk.”

Son aylarda internet bankçılıq, mobil tətbiq və məsafədən təqdim edilən bir çox rəqəmsal maliyyə xidmətlərinə müştərilər tərəfindən olan böyük maraq və aktiv istifadəni nəzərə alaraq, Bank of Baku bu istiqamətdə yeni xidmət və məhsullarını bazara təqdim etməkdə davam edir, müştərilərinin aktivliyini dəstəkləyən kampaniyalarla onları sevindirir.

Bank of Baku-nun təqdim etdiyi məhsul və kampaniyaları haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng edərək, Bankın rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.