Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku-nun 87 müştərisi “Kartla ödə, Kartla qazan!” lotereyasının qalibi oldu!

24 May 2019

Azərbaycan Respublikasının Mərkəzi Bankının nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirdiyi “Kartla ödə, Kartla qazan!” lotereyası artıq yekunlaşdı.

Fevral, mart və aprel aylarını əhatə edən lotereyada ölkə ərazisində fəaliyyət göstərən istənilən bankın plastik kartı ilə ölkədaxilində POS-terminal vasitəsilə minimum 5 AZN dəyərində ödəniş edən 1800 nəfər qalib seçilərək, Mərkəzi Bank tərəfindən 50 AZN pul mükafatı qazandı.

Qaliblər sırasında olan 87 nəfər Bank of Baku müştərisi isə əlavə olaraq Bank of Baku tərəfindən mükafat əldə etdi.

Belə ki, nağdsız hesablaşmaların artırılması istiqamətində görülən işlərdə hər zaman öndə olan Bank of Baku, lotereyada qalib olan müştərilərinə özəl kampaniyaya start vermişdi. Nəticədə lotereyanın birinci tirajında 32 nəfər, ikinci tirajında 28 nəfər və aprel ayında keçirilən sonuncu tirajda 27 nəfər Bank of Baku müştərisi bankdan əlavə olaraq Bolkart debet + 50 AZN BAL qazandı.

Qeyd edək ki, müştərilərin qazandığı BAL-lar onlara pulsuz alış-veriş imkanı qazandıracaq. 1 BAL=1 AZN kimi qiymətləndirilir. Yəni, müştəri Bolkartın istənilən partnyor mağazalarında 50 AZN dəyərində alış-veriş edə bilər.

Bolkart debet kart sahibləri eyni zamanda, illik 5% gəlir və alış-veriş zamanı 45%-dək BAL qazanma üstünlüyündən də faydalanacaqlar.

Bank of Baku-nun keçirdiyi məhsul, xidmət və aktiv kampaniyaları haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə - www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.