Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Bank of Baku “Onlar Sevinsin” dedi, 200-ə yaxın məktəblini sevindirdi!

17 September 2018

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçirdiyi işlərlə hər zaman cəmiyyətin görünən və görünməyən problemlərinin həllinə dəstək olmağa çalışan, Xalqa Yaxın Bank – Bank of Baku növbəti sosial layihələrindən birinə imza atıb. Yeni dərs ili münasibətilə Bankın “Onlar Sevinsin” şüarı altında keçirdiyi layihə yüzlərlə məktəblinin sevincinə səbəb olub.

Artıq ikinci ildir ki, icra edilən və silsilə xarakteri daşıyan “Onlar Sevinsin” layihəsi çərçivəsində Bank of Baku-nun əməkdaşları bu dəfə Azərbaycanın işıq adası, nur şəhəri sayılan Şirvana səyahət edərək, yeni dərs ilinə hazırlaşan məktəbliləri – aztəminatlı və şəhid ailələrinin övladlarını, əlilliyi olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edib.

Xatırladaq ki, ötən il icrasına başlanılan layihə zamanı Azərbaycanın 3 ucqar dağ kəndinə -Lerikin Andurma, Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə səfər edən Bank of Baku-nun əməkdaşları, 134 nəfər məktəbliyə hədiyyələr təqdim etmişdi.

Layihələrin gedişatını əks etdirən çarxlarla aşağıdan tanış bilərsiniz:

Qeyd edək ki, davamlı olaraq iki il ərzində icra olunan bu layihə nəticəsində Bank of Baku 200 nəfərə yaxın məktəblini sevindirməyə nail olmuşdur.