Currency rates Call you back
Feedback
All sections
All sections
All sections
Banners main page
About the bank
Corporate banking
Cards
Loans
Deposits
Urgent money transfers
Online services
News
Bankımız mediada
Loyalty club
Cash operations
Documentary operations
Announcements
Plastik kartlar
Branches and ATMs
Videos
Selectors
Ads
Card services
Debet cards
Local cards
Credit cards
For business
Virtual cards
Security Requirements
Cash loans
Kredit kartlar
İPOTEKA KREDİTLƏRİ
Business loans
When
Service time
Monday - Friday (10: 00-18: 00)

Contact Təcili pul köçürmə sistemi indi DostBank-da!

9 April 2020

Bütün dünyanın koronavirus pandemiyası ilə savaşdığı bu çətin günlərdə müştərilərinin rahatlığını düşünən və bank xidmətlərini daha əlçatan etməyə çalışan ölkənin innovativ bankı Bank of Baku, uzaq məsafələri onlar üçün daha yaxın etdi.

İndi, ölkəxaricində yaşayan yaxınlarına pul göndərmək istəyən şəxslər, bunu Bank of Baku-nun DostBank mobil tətbiqində Contact Təcili Pul köçürmə sistemi ilə rahatlıqla həyata keçirə bilərlər.

Belə ki, Bank of Baku-nun müştəriləri DostBank mobil tətbiqi ilə bankın filiallarına yaxınlaşmadan və növbə gözləmədən bir neçə saniyə ərzində xaricə pul köçürə biləcəklər. Bunun üçün DostBank mobil tətbiqində “Köçürmələr” bölməsinə daxil olub,

  • “Contact Pul Köçürmə” düyməsini klik etməli;
  • Vəsaiti alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
  • Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
  • Köçürmə üçün istifadə olunacaq kartı seçməli (istər debet, istər taksit kartı)
  • Göndəriləcək məbləği daxil etməli;
  • Əməliyyatı təsdiq etməlidirlər.

Əməliyyat tamamlandıqdan sonra vəsaiti göndərən müştəri SMS ilə əldə etdiyi kodu qarşı tərəfə təqdim etməlidir. Pulu alan şəxs bu kod vasitəsilə “Contact” pul köçürmə sistemi olan istənilən bankdan göndərilən vəsaiti ala bilər.

Müştərilər DostBank mobil tətbiqi vasitəsilə Contact Təcili Pul köçürmə sistemindən istifadə edərək olduqları məkanı tərk etmədən və günün istənilən saatında vəsaitlərini aşağıdakı ölkələrə göndərə bilərlər:

  • Rusiya
  • Belarusiya
  • Gürcüstan
  • Qazaxıstan
  • Qırğızıstan
  • Moldova
  • Özbəkistan
  • Tacikistan

Qeyd edək ki, ölkədə ilk dəfə olaraq Contact Təcili Pul köçürmə sistemindən onlayn istifadə imkanını Bank of Baku yaratmışdır. Müştərilər DostBank mobil tətbiqi ilə yanaşı, Bankın İnternet Bankçılıq xidməti və ya ödəniş terminalları vasitəsilə də ölkəxaricinə pul köçürə bilərlər.

DostBank mobil tətbiqi müştərilərə zaman və məkan fərqi olmadan bank xidmət və məhsullarından onlayn formada istifadə imkanı verir. Bank of Baku-nun mobil tətbiqini yükləmək istəyənlər bu linklərə daxil ola bilərlər:

Bank of Baku-nun bu və ya digər yenilikləri barəsində daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.